Məhkəmə qərarları › İş №3(050)-825/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-825/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-825/2023 26.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Masallı rayonu Xallıcallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xallıcallı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsi ilə inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 08:58 radələrində Masallı şəhəri ərazisində “Vaz 2106” markalı, ** CB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən sürücü avtomaşının arxa yan şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtük çəkdiyi üçün YPX əməkdaşı tərəfindən saxlanılmış, sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 08:58 radələrində Masallı şəhəri ərazisində “Vaz 2106” markalı, ** CB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən sürücü avtomaşının arxa yan şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtük çəkdiyi üçün YPX əməkdaşı tərəfindən saxlanılmış, sənədləri yoxlanılan zaman, eləcə də alkoltesterin cavabından sonra sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Bununla bağlı protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 08:58 radələrində Masallı şəhəri ərazisində “Vaz 2106” markalı, ** CB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən avtomaşının arxa yan şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtük çəkdiyi üçün YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Yoxlama zamanı avtomaşını alkoqollu içkinin təsirindən yaranmış sərxoş vəziyyətdə idarə etdiyi aşkar olunmuşdur. Bir bakal pivə içdiyini YPX əməkdaşına bildirmişdir. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli 00184 saylı alkoltesterin nəticəsindən görünür ki, Şəxs 0,661% promildə alkoqolun miqdarı aşkar olunmuş, Şəxs “bir bakal pivə içmişəm, nəticə ilə razıyam.” qeydlərini aparmaqla imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli, seriya AP, ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 08:58 radələrində Masallı şəhəri ərazisində “Vaz 2106” markalı, ** CB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən sürücü avtomaşının arxa yan şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtük çəkdiyi üçün YPX əməkdaşı tərəfindən saxlanılmış, sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hallar kimi İİ dərəcəli əlil olmasını, səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar