Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-844/2023 12.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, xx.xx.1997-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Masallı şəhəri, Digah küçəsi, ev 44-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, Masallı rayonu, Qəriblər kəndinin ərazisində yerləşən “Udman” İstirahət Mərkəzində yerləşən kafedə bir qrup şəxslə pulla qumar oynamışdır. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Ramil Mirzəyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, Masallı rayonu, Qəriblər kəndinin ərazisində yerləşən “Udman” İstirahət Mərkəzindəki kafedə bir qrup şəxslə pulla qumar oynadığı müəyyən edilmişdir. İşə əlavə olunmuş Şəxs Masallı RPŞ-yə yazdığı izahatında göstərilir ki, Masallı RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Turan Abuşovun yazdığı raportla tanış olaraq mahiyyəti üzrə aşağıdakıları göstərə bilərəm. Sənan və İlkin mənim dostumdur. Biz heyvan alveri ilə məşğul oluruq. Mən və İlkin xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sənanın idarə etdiyi avtomaşın ilə gəlib Masallı rayonu, Qəriblər kənd ərazisində yerləşən “Udman” istirahət mərkəzinə çay içməyə gəldik. Həmin vaxt orada olan stolların üzərində loto var idi. Biz orada loto olan stolun arxasına əyləşdik. Bu zaman digər masada əyləşən şəxslə mən və İbad birlikdə loto oynadıq. Bu zaman ora polislər daxil olub özlərini təqdim edib orada olan şəxslə birlikdə Masallı RPŞ-yə dəvət etdilər. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Masallı RPŞ-də toplanmış xx.xx.2023-cü il tarixli, HK-1/1062 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmiş, X3, X1 və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş qumar oyunlarında iştirak etmə inzibati xətasının tərkib əlamətləri olduğundan həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilmələrindən ötrü qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-ə göndərilməsi qərara alınmışdır. Əşyanın maddi sübut hesab edilməsi və təhvil verilməsi haqqında qərarından görünür ki, inzibati xətanın predmeti olmuş 3.50 (üç manat, əlli qəpik) manat pul vəsaiti maddi sübut kimi tanınmış və saxlanılması üçün Masallı RPŞ-nin aidiyyəti saxlama yerinə verilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri xx.xx.2023-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə-oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə hadisə yerindən götürülmüş 3.50 (üç manat, əlli qəpik) manat məbləğində pul vəsaitinin dövlət nəfinə müsadirə edilməklə Şəxs cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilsin, həmçinin 3.50 (üç manat, əlli qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə müsadirə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-844/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-844/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver