Məhkəmə qərarları › İş №3(050)-845/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-845/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-845/2023 14.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, (AA 3620471) xx xxxx 1996-cı ildə Masallı rayonunda doğulmuş, Masallı şəhəri, Digah küçəsində qeydiyyatda olmaqla ünvan 1-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: ünvan 1 ünvanında yaşayan Şəxs 15 aprel 2023-cü il tarixdə Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən “Udman Kafe” adlanan obyektdə qumar oynamışdır. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildiridi ki, o, Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən “Udman Kafe” adlanan obyektdə çay içmək üçün oturmuşdur. O, qumar oynamamışdır. Lakin onun oturduğu masada “lato” olmuşdur. Həmin masada ondan əlavə 5 nəfər də olmuşdur. Qeyd edilən şəxslərin israrı ilə 200 manat pul vermişdir. İşə əlavə olunmuş Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Ramil Mirzəyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, ünvan 1-də yaşayan Şəxs 15 aprel 2023-cü il tarixdə Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən “Udman Kafe” adlanan obyektdə qumar oynadığı müəyyən edilmişdir. İşə əlavə olunmuş 25 aprel 2023-cü il tarixli Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Ariz Səfərov tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanmasının rədd edilməsi, inzibati xəta törətmiş X2, X5 və X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin Masallı RPS İTB-nə verilməsi qərara alınmışdır. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı, iş üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, 25 aprel 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, fotoşəkillər, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar