Məhkəmə qərarları › İş №3(050)-849/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-849/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-849/2024 16.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxx 1991-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş «Cinayət işi başlanmasının rədd edilməsi» barədə xx.xx.2024-cü il tarixli qərardan və xx.xx.2024-cü tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Dilisuz oğlu xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E220” CDİ markalı **-FT-*** dövlət nömrə nişanlı avtomaşınla Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində Masallı rayonu istiqamətində baş yolda yolun sağ kənarında yerləşən yanacaq doldurma məntəqəsinin qarşısında hərəkətdə olarkən sükan arxasında idarə etməni itirməklə qarşısında baş yolda dayanmış vəziyyətdə olan Masallı rayonu, Xanalion kənd sakini X1 idarə etdiyi “VAZ” 21154 markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, həmin vaxt Masallı rayonu, Xanalion kənd sakini X1 idarə etdiyi “VAZ 21154 markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön hissəsi qarşı tərəfdə piyadalara yol vermək üçün dayanmış vəziyyətdə olan Masallı rayonu, Ərkivan qəsəbə sakini X3 idarə etdiyi “VAZ 21063” markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobiliin arxa hissəsi ilə toqquşmuşdur. X1 idarə etdiyi “Vaz 21154” markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşında sərnişin olan Zərərçəkmiş şəxs bel nahiyəsinin yumşaq toxumaların əzilməsi ilə nəticələnən sağlamlığa yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Masallı rayonu, Xanalion kəndində qeydiyyatda olamaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. X4 əridir. X8 özünə məxsus olan “VAZ 21154” markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili var. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində əri Nəcəfəli özünə məxsus olan “VAZ 21154” markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisindən yol üzü Masallı şəhəri istiqamətində hərəkəndə olduğu vaxt avtomobildə arxa salonda sol hissədə yerləşən oturacaqda əyləşmişdir. Həmin vaxt X8 idarə etdiyi avtomobilin qarşı hissəsində Masall rayonu, Ərkivan qəsəbə sakini X3 idarə etdiyi “VAZ 2106” markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qarşıda piyadalara yol vermək üçün saxladığından X8 idarə etdiyi avtomobili Nəsirağa Mənsimovun idarə etdiyi “VAZ 2106” markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa hissəsində ara məsafəsi saxlayaraq saxlamışdır. Həmin vaxt əri Nəcəfəliyə məxsus olan “VAZ 21154” markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa hissəsinə qəfildən Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs idarə etdiyi “Mercedes” markalı **-FT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə toqquşmuşdur. Həmin vaxt əri Nəcəfəli Səfərov idarə etdiyi “VAZ 21154” markalı **-CB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin ön hissəsi Masall rayonu, Ərkivan qəsəbə sakini X2 idarə etdiyi “VAZ 2106” markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa hissəsinə toqquşmuşdur. Hadisə baş verdiyi vaxt avtomobilin arxa salonunda olduğu vaxt xəsarət almış, özünü piss hiss etdiyindən tanımadığı taksi avtomobili ilə onu Masallı Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Baş vermiş yol- nəqliyyat hadisəsi zamanı o, bel nahiyyəsinin yumşaq toxumalarının əziyi diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Orada həkimər ona ilkin tibbii yardım göstərərək, yaşadığı evə buraxmışlar. Sonda Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Şəxs üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, səlahiyyətli orqan da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. İnzibati xəta haqqında işə Şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmışdır. xx.xx.2024-cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi» barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Masallı RPŞ-nin DYPB-yə göndərilmişdir. xx.xx.2024-cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi» barədə qərarda istinad edilmiş təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizasının 264 nömrəli rəyindən görünür ki, aparılmış təhqiqat zamanı Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin sayının və ağırlıq dərəcəsinin təyin edilməsi məqsədi ilə MTE və PA birliyinin Masallı rayon şöbəsinə təqdim edilmişdir. MTE və PAB-nin Masallı rayon şöbəsinin 264 №-li ekspert rəyində göstərilir ki, Zərərçəkmiş şəxs bel nahiyəsinin yumşaq toxumaların əzilməsi müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissənin təsirindən əmələ gələ bilərdi, törəmə müddəti qərarda qeyd olunan 28 mart 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddədtə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2024 tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hal 3 azyaşlı uşağının olmasıdır; ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar