Məhkəmə qərarları › İş №3(050)-851/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-851/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-851/2024 22.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Masallı RPŞ-nin İTB-nin sahə polis rəisi X2, Masallı Rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, İİİ dərəcəli əlil, “Masallı Rayon Mərkəzi Xəstəxanası” X6 TTTYS-də feldşer vəzifəsində işləyən, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs qanunla qadağan edlmiş dərman preparatlarını qanunsuz olaraq üzərində gəzdirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı RPŞ-nin İTB-nin sahə polis rəisi X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində “Masallı Rayon Mərkəzi Xəstəxanası” X6 TTTYS-də feldşer vəzifəsində işləyən Şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri avtomobilində saxlamaqda şübhəli olduğundan idarə etdiyi, özünə məxsus “Mercedes-Benz” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı həmin avtomobilin yük yerindən tərkibində 0,06 qram təsiredici maddələri olan 06 ədəd ampulada psixotrop maddə diazepam, tərkibində 0,032 qram təsiredici maddələr olan 03 ədəd ampulada narkotik vasitə morfin-hidroxlorid, tərkibində 0,2 qram təsiredici maddələr olan 02 ədəd ampulada narkotik vasitə tramadolhidroxlorid və tərkibində 0,07 qram təsiredici maddələri olan 70 ədəd tablet psixotrop maddə fenazepam aşkar edilərək götürülmüşdür. Faktla bağlı araşdırma aparılmış, əməldə cinayət tərkibi olmadığından xx.xx.2024-cü il tarixli qərarla cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan barəsində tədbir görülməsi üçün qəbul olunmuş qərar aidiyyəti xidmət sahəsinə göndərilmişdir. Göstərilən səbəblərdən K.E. Cəbiyev barəsində inzibati xəta haqqında prtpkol tərtib edilərək baxılması üçün məhkəmə göndərilmidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, “Mercedes Benz” markalı E 211 modelli **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, 2015-ci ildən etibarən “Masallı Rayon Mərkəzi Xəstəxanası” X6 TTTYS-də feldşer vəzifəsində işləyir, vəzifəsi növbədə olduğu zaman vətəndaşlardan gələn çağırışlara gedərək orada xəstələrə ilkin tibbi yardım göstərməkdən ibarətdir. Çağırışa gedən zaman üzərində tibbi yardım çantası və həmin çantada müxtəlif növ dərmanlar olur. O, dərmanlardan istifadə etdikcə iş yerində şkafda olan dərman şkafındakı digər dərmanlar ilə əvəz etmişdir. xx.xx.2024-cü TTTYS-da növbdən çıxdıqdan sonra ilkin tibbi yardım çantasını maşınına qoymuş, lakin başqa işi ilə əlaqədar Bakı şəhərinə gedibgəldiyindən həmin tibbi yardım çantası “Mercedes Benz” markalı E 211 modelli **-OC-*** dövlət qeydiyyat nişanlı avtomaşında qalmış, yadından çıxdığı üçün xəstənanın TTYS-yə təhvil verməmişdir. xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin əməkdaşları onu saxladıqları zaman idarə etdiyi “Mercedes Benz” markalı E 211 modelli **-OC-*** dövlət qeydiyyat nişanlı avtomaşında olan çantasından “diazepam”, “morfin-hidroxlorid”, “tramadolhidroxlorid”, tramadol-xlorid” və “fenazepam” dərmanlar aşkar edilmişdir. Həmin dərmalardan ağır ankoloji xəstələrə ilkin tibbi yardım göstərərkən istifadə etmiş, özü isə narkotik vasitə və psixotrop maddə istifadəçisi deyil. Himayəsində 1 azyaşlı uşağı var, İİİ dərəcəli əlildir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məqsədi ilə qərarın surəti Masallı RPŞ-nin aidiyyəti xidmət sahəsinə göndərilmişdir; Məhkəmə Ekpsertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1911 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən üzərlərində AR DİN "Arayışlar üçün № 90" möhür əksi, “Şəxs avtomobilindən..." və s. yazılar, imzalar, soyadlar olan 03 ədəd zərfə qablaşdırılmış dərman vasitələrinin ayrı-ayrılıqda adları, miqdarları,təsiredici maddələrinin miqdarları 1 saylı cədvəldə göstərilmişdir. Həmin cədvəldə qeyd olunan boş ampullarda üzərlərindəki göstəricilərə uyğun maddə mikrohissəcikləri müəyyən edildi. Lakin tədqiq edilən ampullarda maddə mikrohissəcikləri iz şəklində olduğundan eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqdim olunmuş preparatlardan: - “Tramadol...2ml/100q” göstəricili dərman vasitəsi təsiredici maddəsinə (Tramadol-hidroxlorid) əsasən Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların mülli miqdarının Siyahısı” na daxildir; - Morfin..Kalçeks...10mg/ml” və “Omnopon-3H” göstəricili dərman vasitələri təsiredici maddəsinə (morfin-hidroxlorid) əsasən Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azerbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr" in Siyahısına (Siyahı İİ) daxildir; - Diazepeks…5mg/ml”, relanium…5mg/ml, Sibazon…5mg/ml” göstəricili dərman vasitələri təsiredici maddəsinə (diazepam) əsasən Fenazepin... 5mg/ml” göstəricili dərman vasitəsi təsiredici maddəsinə (fenazepam) əsasən 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ile təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına (Siyahı İİİ) daxildir; - üzərində “...Olpharma...” göstəricisi olan dərman vasitəsi tərkibində olan təsiredici maddəyə (Metoxlorpromid) əsasən dövlət nəzarətində olan maddələrin siyahılarına daxil deyildir. - Təqdim olunmuş təsiredici maddələri diazepam olan dərman vasitələrinin tərkibində təsiredici maddənin ümumi miqdarı 0,06qram, təsiredici maddələri morfin-hidroxlorid olan dərmən vasitələrinin tərkibində təsiredici maddənin ümumi miqdarı 0,032qram, təsiredici maddəsi tramadol-hidroxlorid olan dərman vasitəsinin tərkibində təsiredici maddənin ümumi miqdarı 0,2qram, təsiredici maddəsi fenazepam olan dərman vasitəsinin tərkibində təsiredici maddənin ümumi miqdarı 0,07 qram təşkil edir. Əşyanın maddi sübut hesab edilməsi və təhvil verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda görünür ki, xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1996-cı ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, ailəli, orta-ixtisas təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, TTTYS-da feldşer işləyən, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan və qeydiyyatda olan Şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri avtomobilində saxlamaqda şübhəli olduğundan idarə etdiyi, özünə məxsus “Mercedes-Benz" markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı həmin avtomobilin yük yerindən tərkibində 0,06 qram təsiredici maddələri olan 06 ədəd ampulada psixotrop maddə diazepam, tərkibində 0,032 qram təsiredici maddələr olan 03 ədəd ampulada narkotik vasitə morfin-hidroxlorid, tərkibində 0,2 qram təsiredici maddələr olan 02 ədəd ampulada narkotik vasitə tramadol-hidroxlorid və tərkibində 0,07 qram təsiredici maddələri olan 70 ədəd tablet psixotrop maddə fenazepam aşkar edilərək götürülmüşdür. Şəxs məxsus avtomobildən aşkar edilərək götürülmüş dərman vasitələri maddi sübut kimi tanınmış və saxlanılması üçün Masallı RPŞ-nin Saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X3 Yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli, 357 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs əməli onun etirafedici izahatı, protokolu tərtib etmiş şəxsin izahatı, iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 94.11-ci maddəsinə əsasən götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Məhkəmə qeyd edir ki, Masallı RPŞ-də saxlanılan Şəxs məxsus “Mercedes-Benz” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş maddi sübut qərar qanuni qüvvəyə mindikdən sonra “Masallı Rayon Mərkəzi Xəstəxanası” X4ytarılmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində 1 azyaşlı övladının olmasını, İİİ dərəcəli əlil olmasını; məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Masallı RPŞ-də saxlanılan Şəxs məxsus “Mercedes-Benz” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş maddi sübut qərar qanuni qüvvəyə mindikdən sonra “Masallı Rayon Mərkəzi Xəstəxanası” X4ytarılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar