Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-855/2023 01.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qəriblər kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1548/2022 saylı icra sənədinə əsasən Şəxs 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti və 56 (əlli altı) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1548/2022 saylı icra sənədinə əsasən Şəxs 3256 manat məbləğində borcu olduğundan barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verildikdən sonra borclu icra sənədi üzrə yaranmış borcdan ödənişlər etmiş, qalan borcun ödənilməsi ilə bağlı tərəflər arasında razılşama olmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1548/2022 saylı icra sənədindən məlumatlıdır. Lakin maddi imkanı olmadığından borcunu birdəfəlik ödəmək iqtidarında deyildir. İnzibati protokol məhkəməyə verildikdən sonra icra sənədi üzrə borcundan 1000 manat tələbkara ödəmiş, qalan borcun ödənilməsi ilə bağlı tələbkarla razılaşmışdır. Sonda Şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati protokol tərtib edildikdən sonra 1000 manat ödəniş etmiş, qalan borcun ödənilməsi ilə bağlı aralarında razılaşmışdılar. Sonda Zərərçəkmiş şəxs inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1548/2022 saylı nömrəli icra sənədindən görünür ki, Şəxs 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti və 56 (əlli altı) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Bağırov X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)- 1548/2022 il tarixli icra sənədinin icrası ilə əlaqədar öhdəliyi üzrə yaranmış borcunu tələbkar Zərərçəkmiş şəxs ödəmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində göstərmişdir ki, borclu Şəxs barəsində inzibati protokol tərtib edildikdən sonra borcundan 1000 manat ödəniş etmiş, borcun ödənilməsi ilə bağlı borclu ilə razılaşmışlar və iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasn inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Beləliklə, hazırkı iş üzrə borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmədə öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-855/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-855/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver