Məhkəmə qərarları › İş №3(050)-855/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-855/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-855/2025 18.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Qarayev Rahid Nizami oğlunun katibliyi ilə, xx xxxx 1991-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Minera MMC-də briqadir işləyən, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olan Bakı şəhəri Zabrat qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala video çəkiliş vasitsəi ilə baxaraq, müəyyənetdi: Şəxs 19 mart 2025-ci il tarixdə, saat 15 radələrində Masallı rayonu, Qəriblər kəndi ərazisində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından (AR DİN) xüsusi icazə almamış bir ədəd 12 kalibirli, İJ-58 markalı, qoşa lüləli, nömrəsiz ov tüfəngini (mülki silahı) 19 mart 2025-ci il tarixədək saxlamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 61.5-ci maddələrinə əsaslanaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs təqsirli bilindiyi maddənin sanksiyasında inzibati həbs nəzərdə tutulmadığından və onun tərəfindən işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından Şəxs barəsində olan inzibati materiala onun iştirakı olmadan da baxıla bilər. Məhkəmə inzibati xəta haqqında 19 mart 2025-ci il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, inzibati xətanın törədilməsində alət olmuş və Masallı Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan bir ədəd 12 kalibirli, İJ-58 markalı, qoşa lüləli, nömrəsiz ov tüfəngi dövlət nəfinə müsadirə olunmaqla, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət olmuş və Masallı Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan bir ədəd 12 kalibirli, İJ-58 markalı, qoşa lüləli, nömrəsiz ov tüfəngi dövlət nəfinə müsadirə olunmaqla 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar