Məhkəmə qərarları › İş №3(050)-856/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-856/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-856/2025 07.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, Şəxs haqqında Masallı Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Masallı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 232-1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi VAZ-2107 markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomaşınla Masallı rayonu, Musaküçə kəndi ərazisində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin mişar daşı ilə hörülmüş hasarının bir hissəsini dağıtmaqla maddi ziyan vurmuşdur. İnzibati xəta üzrə toplanmış materialları öyrənərək hesab edirəm ki, inzibati xəta üzrə tərtib edilmiş protokol və əlavə edilmiş sənədlər natmamam olduğundan toplanmış material geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şəxs inzibati xətanı qəsdən və ya ehtiyatsızlıqdan törədib-törətməməsini müəyyən etmək mümkün deyildir. Belə ki, inzibati xəta haqqında material üzrə aparılan araşdırma zamanı Şəxs tərəfindən inzibati xətanın qəsdən törədilməsini təsdiq edəcək lazimi sübutlar toplanmamışdır. Bundan əlavə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda, habelə inzibati icraatın araşdırılması zamanı alınan müvafiq izahatlardan da göründüyü kimi Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi VAZ-2107 markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomaşınla Masallı rayonu, Musa küçə kəndi ərazisində hərəkətdə olarkən avtomaşınla şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin mişar daşı ilə hörülmüş hasarına dəyməsi nəticəsində maddi ziyan vurmuşdur. Toplanmış materiallarla Şəxs yol hərəkəti qaydalarını pozub-pozmaması məsələsi araşdırılmamış, yalnız avtomobilin hasara dəyməsi nəticəsində ziyan vurulduğu nəticəsinə gəlinmişdir. Baş vermiş nəticənin hansı səbəbdən baş verdiyi isə müəyyən edilməmişdir. Həmin hadisənin baş vermə şəraitinə nəzər yetirdikdə, eyni zamanda hadisənin nəqliyyat vasitəsinin iştirakı ilə törədilməsini nəzərə alsaq, Şəxs avtomobili idarə edərkən diqqətsizliyə yol verməsi nəticəsində hasara dəyməsi daha real görünür. Şəxs idarə etdiyi avtomobili maddi ziyan vurmaq məqsədi ilə qəsdən hasara çırpması nəticəsinə gəlinməsi üçün mötəbər sübutlar olmalıdır. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Nəzərə alınmalıdır ki, qeyd edilən hadisə üzrə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi nəticəsinə yalnız şəxsin maddi ziyan vurmaq məqsədi ilə avtomobili qəsdən hasara vurduğu halda yarana bilərdi. Yuxarıda qeyd edilənlərə əsasən Şəxs qəsdinin mövcudluğu ilə bağlı ətraflı araşdırma aparılmamışdır. Göründüyü kimi, xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmamış toplanmış materiallar natamam olmuşdur. Protokolda əks olunan hallar işin araşdırılması zamanı müəyyən edilən real faktiki halları əks etdirməmişdir. Qeyd edilən natamamlığı işə baxılarkən tamamlamaq mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 135.3-ci maddəsinə əsasən ittiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olmaqla baxılması mümkün olmadığından material geri qaytarılmalıdır. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106,109 və 128-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar