Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-858/2025 07.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, Şəxs haqqında Masallı rayon İcra və probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Masallı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs haqqında Masallı rayon İcra və probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən 04 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 529.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, material 04 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarlarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər natamamdır və bu səbəbdən baxılması mümkün deyildir, ona görə də protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materiallardan görünür ki, Talıbov X1 rayonu, Türkoba kəndinin cənubunda 144 kv.m əkin sahəsində fərdi yaşayış evi inşa edərək həmin torpaq sahəsini başqa məqsədlərlə istifadə etdiyinə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə barəsində 500 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərar üzrə Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixli icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarın Şəxs qeydiyyatda olduğu ünvana rəsmi olaraq poçtla göndərilməsi və ya qərarın bilavasitə Şəxs şəxsən özünə təqdim edilməsi, sonuncu qərarın alınması barədə qəbzi imzası ilə təsdiqləməsinə dair hər hansı sübut inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Baxmayaraq ki, səlahiyyətli orqan tərəfindən sözü gedən qərar rəsmi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməli, İnzibati Xətalar Məcəlləsinə əsasən şəxsə inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi müddəti və qaydası izah edilməlidir. Qeyd edilən qərardan şəxsin 10 gün müddətində şikayət etmək hüququ olduğundan şəxs qərarı aldıqdan sonra, əgər şikayət vermirsə, 10 gün keçdikdən sonra qərar qanuni qüvvəyə minir. Məhz qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədiyi təqdirdə İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş sayılır. Lakin, iş materiallarında inzibati tənbehvermə haqqında qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi olaraq təqdim edilməsi, habelə inzibati tənbehvemə haqqında qərarın hansı tarixdə qanuni qüvvəyə minməsini müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası İXM-nin 130.1.-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda qeyd edilən səbəblərdən hesab edirəm ki, inzibati xəta haqqında material natamam olmaqla baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material natamamlığın aradan qaldırılması üçün geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-858/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-858/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver