Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-859/2025 19.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil iştirakları ilə xx xxx 2002-ci il tarixdə Masallı rayonu Güllütəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu Əmirtürbə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 04 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Masallı Rayon Məhkəməsinin 2(050)-2323/2023 nömrəli 25 avqust 2023-cü il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Masallı Rayon Məhkəməsinin 3(050)-859/2025 nömrəli 04 aprel 2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Zərərçəkmiş şəxs həmin qərardan apellyasiya qaydasında şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-209/2025 nömrəli 29 aprel 2025-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 3(050)-859/2025 nömrəli 04 aprel 2025-ci il tarixli qərardadı və 3(050)- 859/2025 nömrəli 04 aprel 2025-ci il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə baxılması üçün işin materialları Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. Apellyasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, icra məmuru inzibati xəta haqqında protokol tərtib edərkən şəxsin fəaliyyət qabiliyyətinə dair mübahisəli vəziyyət olmasına baxmayaraq, bunu araşdırmadan və müvafiq sübutları əldə edərək inzibati xəta haqqında protokola əlavə etmədən məhkəməyə göndərmişdir. Həmçinin, birinci instansiya məhkəməsi şəxsin psixi durumunun müəyyənləşdirilməsi ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktının olmasına istinad etməklə sanki bunu məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə almış və xeyli müddət əvvəl verilmiş, cəmi 42416 manat pul vəsaitinin tutulması ilə bağlı olan icra sənədi üzrə inzibati tənbeh tətbiq etmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayəti əsaslı hesab oluna bilməz. Çünki apellyasiya şikayətində inzibati tənbehin həddi mübahisələndirilsə də, əvvəlcə şəxsin ümumiyyətlə inzibati məsuliyyətə cəlb edilə bilən şəxs olub-olmaması aydınlaşdırılmalı, daha sonra onun təqsirliliyinə qiymət verilməli və yalnız bundan sonra təqsiri öz təsdiqini taparsa, inzibati tənbehin həddinə hüquqi qiymət verilməlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs fəaliyyət qabiliyyətli şəxsdir və bütün məhkəmə instansiyalarında keçirilən məhkəmə iclaslarında iştirak etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirdi ki, Şəxs Masallı Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli qərardadına əsasən məhkəmə-psixiatrik ekspertizasından keçmək üçün bugün “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinə müraciət etmişdir. Lakin bununla bağlı hələ ki, məhkəmə-psixiatrik ekspertizasının rəyi mövcud deyildir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, borclu Şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar psixi durumunun müəyyənləşdirilməsi ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktı və yaxud hər-hansı digər sənədlər inzibati protokola icra məmuru tərəfindən əlavə edilməmiş və həmin məsələ ilə bağlı hər-hansı araşdıma aparılmamış icra məmuru borclu Şəxs barəsində inzibati xəta haqqında inzibati protokol tərtib etmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(050)-220/2025 nömrəli 04 fevral 2025-ci il tarixli qərardadından görünür ki, Şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və iş materialları “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinə həvalə edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və hal-hazıradək ekspertin rəyi məhkəməyə daxil olmamışdır. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı materiala baxılması üçün isə ilk növbədə onun hüquqazidd əməl törədən zaman anlaqlı vəziyyətdə olub-olmaması müəyyən edilməlidir. Belə ki, şəxs hüquqazidd əməl törədən zaman anlaqsız vəziyyətdə olduğu halda inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 15-ci maddəsinə əsasən hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) törədən zaman şəxs anlaqsız vəziyyətdə olduqda, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya başqa psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə edilməlidir. Borclu Şəxs fəaliyyət qabliyyəti olmayan hesab edilməsi ilə əlaqədar qanuni qüvvədə olan məhkəmə aktı olmadığı üçün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmalı deyildir. Göründüyü kimi Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir və işə baxılarkən tamamlamaq mümkün deyildir. Məhkəmə proses iştirakçılraını dinləyib və Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-209/2025 nömrəli 29 aprel 2025-ci il tarixli qərarından qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Masallı rayon İcra və probasiya şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, xüsusilə də qanunçuluq prinsipinin qorunmasının təmin edilməsi, habelə Məcəllənin tələblərinə uyğun olan ədalətli qərarın qəbul edilməsi məqsədi ilə prosesin zəruri etdiyi hallardan çıxış edərək qərardadlar qəbul edir. Bu qərardadlarla məhkəmə etirazların və vəsatətlərin təmin edilib-edilməməsi, ekspertizanın təyin edilməsi, işlərin qapalı baxılması, əlavə materialların tələb edilməsi, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Masallı rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 04 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Masallı rayon İcra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-859/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-859/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver