Məhkəmə qərarları › İş №3(050)-860/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-860/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-860/2023 14.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Lerik rayonu, Piran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ifərdi əməklə məşğul olan, Lerik rayonu, Piran kəndində qeydiyyatda olmaqla həmin ünavanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» haqqında 23 may 2023-cü il tarixli qərardan və xx.xx.2023-cü tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində idarə etdiyi “SHACMAN” yük markalı, ** TB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Masallı rayonu, Hüseynhacılı kəndində körpünün üzərində hərəkətdə olarkən Masallı rayonu, Öncəqala kənd sakini X1 idarə etdiyi “VAZ 21073” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə “VAZ 21073” markalı avtomobilin sürücüsü X3 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, idarə etdiyi “Shacman yük” markalı, **-TB-*** dövlət nömrə nişanlı maşın "xxxx" MMC şirkətinə məxsusdur. xx.xx.2023-cü il tarixdə Lerik rayonundan Masallı rayon ərazisinə yük daşımaq məqsədi ilə gəlmişdir. Masallı rayonu, Hüseyhacılı kəndinin girəcəyində olan körpüdə avtomobili saxlayaraq, baş yolla hərəkət edən avtomobilə yol vermək istəmişdir. Maşının əyləcini basanda maşının əyləci tutmamışdır. Maşını saxlaya bilmədiyi üçün maşın körpünün üstü ilə hərəkət edən və Masallı rayonu, Hüseynhacılı kənd istiqamətində olan “VAZ 2107” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Toqquşduqdan sonra maşın Masallı rayon istiqamətində təxminən 30 metr hərəkət edərək dayanmışdır. Avtomobili 40-50 km/saat surətlə hərəkət edirmişdir. Hərəkətdə olan “Vaz 2107” markalı avtomobilin hərəkətdə olduğunu görsədə ona hərəkət etmək üçün yol verməli olduğunu bilə-bilə maşını saxlamaq istəsə də, özündən asılı olmayan səbəblərdən maşının əyləci tutmadığı üçün maşını saxlaya bilməmişdir. Nəticədə “VAZ 21073” markalı avtomobilin sürücüsü sonradan adını bildiyi X3 yüngül bədən xəsarəti allmışdır. Zərərçəkmiş şəxslə barışımış, ona dəymiş ziyan ödənilmişdir. Sonda Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, Şəxs əməlində Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Masallı RPŞ-nin DYPB-yə göndərilmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Eksertiza və X4 X6 Masallı MTE və PA şöbəsinin nömrəli ekspert rəyində qeyd olnumuşdur: X2 baş beyin silkələnməsi, başın təpə nahiyəsinin hematoması, üst dodağın əzilmiş yarası və hər iki aşağı ətrafın yumuşaq toxumalarının əzilməsi müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 23 aprel 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərərvurmaya aiddir. xx.xx.2023-cü tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün səmimi etiafı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs oğlunun əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar