Məhkəmə qərarları › İş №3(050)-861/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-861/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-861/2023 16.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 04 avqust 1986-cı ildə Masallı rayonu Şərəfə kəndində doğulmuş, Masallı rayonu Şərəfə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 06 may 2023-cü il tarixdə saat 18:29 radələrində “Mercedes” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9cu maddəsidə göstərilən inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izaharında bildiridi ki, qeyd edilən gün ailə üzvləri ilə birlikdə maşına minərək evdən çıxmışlar. Qeyd edilən əşyanın orda olmasından xəbərsiz olmuşdur. Belə ki, qeyd edilən örtüy uşağı tərəfindən nömrənin üstünə asılmış o, da fikir vermədən nəqliyyat vasitəsini idarə etmişdir. Həmçinin, o, illərdir ki, avtomobil idarə edir və heç bir zaman qaydalara zidd hər hansı hərəkət etməmişdir. Odur ki, qeyd edilən örtükdən xəbərsiz olması nəzərə alınaraq protokola xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Masallı RPŞ-nin YPX-nin inspektoru polis serjantı Ruslan Rəhimov tərəfindən tərtib edilmiş 06 may 2023-cü il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 may 2023-cü il tarixdə saat 18:29 radələrində “Mercedes” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə olunmuş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, 08 may 2023-cü il tarixdə Şəxs idarə etdiyi “Mercedes” markalı ** EB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Masallı RPŞ-nin müvəqqəti mühafizə olunan duracağına yerləşdirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs təqsiri onun izahatından, inzibati xəta haqqında protokol, işə əlavə edilmiş fotoşəkil və digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən, habelə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinməli və barəsində tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 342.2 və 342.5-ci maddələrində nəzərdə tutulmuş nasazlıqlar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda keçirilməli olan texniki baxış zamanı aşkarlandıqda, şəxs məsuliyyətə cəlb edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlik dərəcəsini və şəxsiyyətini, nəzərə alaraq inzibati tənbeh növündə maddənin sanksiyanında nəzərdə tutulmuş inzibati qaydada cərimə edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərar verdi:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin.

2. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar