Məhkəmə qərarları › İş №3(050)-862/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-862/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-862/2023 23.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Masallı rayonu, Təzə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş «Cinayət işinin başlanmasının rədd edilməsi» barədə 08 may 2023-cü il tarixli qərardan və xx.xx.2023-cü tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində Masallı rayonu, Təzə Alvadı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayan Şəxs “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Mercedes Benz C180 minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı şəhəri, S.Mehdiyev küçəsində yerləşən avtomobil yolunda piyada hərəkətdə olan, Masallı rayonu, Zuvandlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Zərərçəkmiş şəxs vuraraq, sonuncunun başın alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi və qançırı, sağ əlin 5-ci barmağının sıyrığı kimi müəyyən olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, Masallı rayonu, Təzə Alvadı kəndində ailəsi ilə birlikdə yaşayır. “Mercedes Benz 180 minik” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilini “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində evinə bazarlıq etmək məqsədilə Masallı rayonu, Təzə alvadı kəndindən Masallı şəhər ərazisində yerləşən “Köhnə bazar” adlanan yerə gəlirmiş. Masallı şəhər ərazisində yerləşən “İsgəndərli dairəsi” adlanan yerə çatmağa az qalmış onun sağ tərəfi ilə hərəkətdə olan “Hyundai” markalı avtomobilin qarşısına adını sonradan bildiyi Masallı rayonu, Zuvandlı kənd sakini Rəsimə adlı qadın çıxmışdır. Həmin avtomobilin sürücüsü avtomobili kənara çəkmiş və Rəsimə özünü itirib onun avtomobilinin qarşısına keçmişdir. O, avtomobili cəld saxlamaq üçün ayağını əyləcə basmış və bu zaman avtomobili dayansa da, Rəsimə avtomobilinin ön hissəsinə dəyərək yerə yıxılmışdır. O, cəld maşından yerə düşüb Rəsiməni ayağa qaldırmış və ona ilkin tibbi yardım göstərilməsi üçün Masallı Rayon Bioloji Təbabət klinikasına aparmışdır. Orada həkimlər Rəsiməyə ilkin tibbi yardım göstərmiş, sonradan Rəsimə xəstəxanadan buraxılmış və evinə getmişdir. Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, ona qarşı şikayət və tələbin olmadığını bildirib barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində yaşadığı fərdi yaşayış evindən çıxıb Masallı şəhər ərazisində yerləşən “Köhnə bazar” adlanan yerə gəlmişdir. Masallı şəhəri ərazisində yerləşən “İsgəndərli dairəsi” adlanan yerə çatarkən yolun əks tərəfinə keçmək istəmişdir. O, yolu keçərkən tələsmiş və avtomobil yolunda hərəkətdə olan “Hyundai” markalı avtomobilin qarşısına keçmişdir. Həmin avtomobilin onu vuracağını görüb özünü itirmiş və özünü kənara atmaq istəmişdir. Bu zaman həmin avtomobilin sol tərəfi ilə hərəkətdə olan “Mercedes” markalı avtomobil onu vurmuş və o, yerə yıxılaraq xəsarət almışdır. Daha sonra onu vuran yaşlı kişi maşından yerə düşmüş və ona yaxınlaşmışdır. Onun xəsarət aldığını görüb onu Masallı Rayon Bioloji Təbabət klinikasına aparmışdır. Orada həkimlər ona ilkin tibbi yardım göstərmiş, daha sonra isə həkimlər onu xəstəxanadan buraxmış və o, evinə getmişdir. Sonda Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənildiyini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 may 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi» barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Masallı RPŞ-nin DYPB-yə göndərilmişdir. 08 may 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi» barədə qərarda istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Eksertiza və X1 X2 Masallı MTE və PA şöbəsinin təqdim etdiyi 20 04.2023-cü il tarixli, 348 nömrəli rəyindən görünür kiZərərçəkmiş şəxs başın alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi və qançırı, sağ əlin 5-ci barmağının sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 09 aprel 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. xx.xx.2023-cü tarixli, İXP İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar