Məhkəmə qərarları › İş №3(050)-870/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-870/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-870/2023 02.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxxxx 1955-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təqaüdçü, evli, Masallı rayonu Şərəfə kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 16(050)-29/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs istifadəsində olan Masallı rayonu Şərəfə kəndində yerləşən 2.60 ha torpaq sahəsindən istifadə etməsinə yaradılan maneələr Masallı rayon Şərəfə bələdiyyəsinə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Lakin Şəxs icra sənədinin icrasına maneə törətmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 16(050)-29/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs istifadəsində olan Masallı rayonu Şərəfə kəndində yerləşən 2.60 ha torpaq sahəsindən istifadə etməsinə yaradılan maneələr Masallı rayon Şərəfə bələdiyyəsinə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Tələbkar iki gün ard-arda icra şöbəsinə gələrək məhkəmə qərarı olmasına baxmayaraq Şəxs ona torpaq sahəsindən istifadə etməsinə maneələr yaratdığını bildirmişdir. Şəxs ilə əlaqə saxladıqları zaman isə o, Zərərçəkmiş şəxs heç bir maneçilik törətmədiyini bildirmişdir. Lakin tələbkar barəsində inzibati təxa haqqında protokol tərtib edilmiş şəxsin ona maneçilik törətməsi ilə bağlı video görüntülərinin olduğunu və Qafilin həmin torpaq sahəsinin giriş qapısına qıfıl qoyduğunu bildirir. Onlarda əvvəllər həmin əraziyə baxış keçirdikləri zaman həqiqətəndə giriş qapısının üzərində qıfıl olmuş və onlar həmin qıfılı sökmüşlər. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Masallı Rayon Məhkəməsinin 16(050)-29/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasına heç bir maneə törətməmişdir. Zərərçəkmiş şəxs həmin torpaq sahəsindən istifadəyədə heç bir maneə törətməmişdir. Həmin torpaq sahəsi şəhid ailəsi olan X2 verilmişdir. Kadastr şöbəsi tərəfindən də sistemə vurulmuşdur. Bu barədə bələdiyyədən də məlumat əldə edilə bilər. Onun tərəfindən heç bir əngəl yaradılmır. O, heç həmin torpaq sahəsinə yaxın belə getmir. Onun özünə məxsus torpaq sahəsi vardır və o, həmin torpaq sahəsini istifadə edir. Bir müddət öncə torpağın verildiyi şəhid ailəsi Xanbala həmin torpaq sahəsində olan otu Həşimin gözü önündə biçərək aparmışlar. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, həmin torpaq sahəsi 2003-cü ildən onun istifadəsindədir. Masallı Rayon Məhkəməsinin 16(050)-29/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı Masallı rayon Şərəfə bələdiyyəsinə və digər şəxslərə həmin torpaq sahəsindən istifadə etməsinə yaradılan maneələr qadağan edilmişdir. Lakin buna baxmayaraq Şəxs özü şəxsən və bir qrup şəxs vasitəsi ilə onun həmin torpaq sahəsindən istifadə etməsinə maneələr yaradır. Belə ki, istifadəsində olan torpaq sahəsinin girişində yerləşən qapıya qıfıl vurur. Həmin torpaq sahəsində bitən otu biçir. May ayının 10-da 960 ədəd ot bağlaması yığıb aparmışdır. Oda mediya nümayəndələri ilə birlikdə həmin torpaq sahəsinə gəlmiş və orada baş verənləri mediya münayəndələri özləridə müşahidə etmişlər, çəkiliş aparmışlar. Şəxs etdikləri barədə onun şahidləri və sübutlarıda vardır. DİN-nin 102 xidmətinədə məlumat vermişdir. Şəxs həmin çəkiliş zaman öz oğlunu və şəhid ailəsi olan Xanbalanı qabağa verib onun üzərinə hücüm çəkdirmişdir. Özü isə uzaqdan bütün bu olanları müşahidə etmişdir. Həmin göz görə-görə onun otunu biçib aparmışlar. Bütün bu hadisələr 08 may 2023-cü il tarixdən hazırkı vaxtadək baş vermişdir. Məhkəmədən Şəxs barəsində sərt tədbirlər görülməsini xahiş etdi. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsində göstərilir ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İşdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs altmış beş yaşı tamam olmuşdur. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar