Məhkəmə qərarları › İş №3(050)-876/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-876/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-876/2024 23.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Masallı rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Məmədxanlı kənd sakini Zərərçəkmiş şəxs 300 manat dəyərində su mühərrikini oğurlayaraq xırda talama əməli törətmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi X2 məhkəmə iclasında izahatında göstərdi ki, Masallı rayonu, Məmmədxanlı kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Masallı rayonu, Məmmədxanlı kəndində yerləşn açıq sahədən naməlum şəxs tərəfindən ona məxsus bir ədəd 300 manat dəyərində olan su mühərrikinin oğurlanmasını göstərmişdir. Faktla bağlı araşdırma aparılmışdır. Araşdırmanın nəticəsində məlum olmuşdur ki, Zərərçəkmiş şəxs məxsus su mühərrəkini Masallı rayonu, Həsənli kənd sakini Şəxs oğurlmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 300 manat maddi ziyan dəymişdir. Əməldə cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göstərilən səbəbdən Şəxs barəsində inzibati tədbir görülməsi üçün protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Masallı rayonu, Məmmədxanlı kəndində yerləşən açıq sahədən bir ədəd su motorunu oğurlamış, oğurladığı motoru tanımadığı şəxsə 65 manata satmışdır. Həmin vaxtı sərxoş olmuşdur. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün maddi imkanı yoxdur. Sonda Şəxs əməlindən peman olmaqla göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında göstərdi ki, Masallı rayonu, Məmmədxanlı kəndində özünə məxsus əkin sahəsi vardır. Əkin sahəsindən 10-15 metr məsafədə su kanalı vardır. Həmin su kanalıdan su mühərriki vasitəsi ilə sahədə olan əkinlərinə su vermişdir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində su mühərrikini söndürüb yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində yaşadığı evdən çıxıb əkin sahəsinə gəlmiş, həmin vaxt su kanalın sahilinə çatarkən su mühərrikinin olmadığını aşkar etmiş, bu səbəbdən ətrafı axtarmış, lakin su mühərrikini aşkar etməmiş, ona görə istifadəsində olan mobil telefon ilə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Şikayəti əsasında araşdırma aparılmış, sonda ona məxsus su mühərrkinin Masallı rayonu, Həsənli kənd sakini Şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Sonda Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini nəzərə alıb Şəxs həbs edilməsini xahiş etdi. İşdə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəüsinin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, lakin əməldə İXM-in 227-ci maddəsinin tərkibi olduğuna görə inzibati xəta törətmiş şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün qərarın surəti Masallı RPŞ-yə göndərilmişdir. Şəxs təqsiri özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, MN ******* nömrəli inzibati xəta haqqında protokol, habelə işdə olan digər sübutlarla təsdiqlənmişdir. Odur ki, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hal - himayəsində 1 azyaşlı uşağının olmasıdır.; ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli inzibati həbs haqqında qərar çıxarıldığı gündən, yəni 23 aprel 2024-cü il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Abbasov X4 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar