Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-883/2023 05.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1955-ci ildə Masallı rayonu, Şərəfə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 05 iyun 2023-cü il il tarixdə saat 06:30 radələrində Masallı rayonu, Şərəfə kəndi ərazisində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, X5 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə 06:30 radələrində Masallı rayonu, Şərəfə kənd sakini Şəxs Azərbaycan Respublikasının DİN-102 xidmətinə zəng edərək Masallı rayonu, Şərəfə kəndində münaqişə olması barədə verdiyi məlumat əsasında əməliyyat istintaq qrupunun üzvləri İTB-nin polis sahə rəisi polis baş-leytenantı Rac Səfərov, CAB-nin əməliyyat müvəkkili polis leytenantı Ramil Qasımov, Masallı RPŞnin TB-nin təhqiqatçısı X7 və sürücü polis nəfəri, polis serjantı Bağır Hüseynli ilə birlikdə Masallı rayonu, Şərəfə kəndinə olduqları zaman sonradan adlarını bildikləri X2 ilə Şəxs ünvansız söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozmaqlarını görüb onlara yaxınlaşıb özlərini təqdim etmiş, onların hər birini ayrı-ayrılıqda intizama dəvət etmiş və əməllərində inzibati xətanın tərkibinin olmasını izah etmişlər. Bundan sonra X2 və Şəxs Masallı RPŞ-yə polis əməkdaşları tərəfindən dəvət olunmuş, araşdırmanın nəticəsi olaraq protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 06:30 radələrində Masallı rayonu, Şərəfə kəndi ərazisində yerləşən X6 ilə aralarında olan torpaq sahəsi ilə bağlı yaranmış mübahisə ilə əlaqədar torpaq sahəsində Həşim Hacıyev tərəfindən gətirilmiş jurnalistin əsassız videoçəkilişlər apardığını görüb əsəbiləşmiş, aralarında yaranmış mübahisə səsəbindən hər ikisi ucadan ünvansız söyüşlər söymüşlər. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmiş, şikayəti əsasında mübahisəli torpaq sahəsinə gələn polis əməkdaşları tərəfindən Masallı RPŞ-yə dəvət edilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə əməliyyat-istintaq qrupunda olan zaman saat təxminən 06:30 radələrində Masallı rayonu, Şərəfə kənd sakini Şəxs Azərbaycan Respublikasının DİN-102 xidmətinə zəng edərək Masallı rayonu, Şərəfə kəndində münaqişə olması barədə verdiyi məlumat əsasında əməliyyat istintaq qrupunun üzvləri İTB-nin polis sahə rəisi polis baş-leytenantı Rac Səfərov, İTB-nin təhqiqatçısı Zaur Zeynalov və sürücü polis nəfəri, polis serjantı Bağır Hüseynli ilə birlikdə Masallı rayonu, Şərəfə kəndinə getmişlər. Həmin vaxt sonradan adlarını bildikləri X2 ilə Şəxs ünvanınsız söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozduqlarını görüb onlara yaxınlaşıb özlərini təqdim etmiş, onların hər birini ayrı-ayrılıqda intizama dəvət etmiş və əməllərində inzibati xətanın tərkibinin olmasını izah etmişlər. Bundan sonra Rövşən Qasımov uca səslə qışqıraraq “Siz polis əməkdaşları özünüzlə narkotik vasitə gətirmisiniz, həmin narkotik vasitəni mənim çantama atıb məni şərləyəcəksiz” sözlərini deyib, polis əməkdaşlarına və orda olan vətəndaşlara əlində olan çanta ilə vurmaq istəyən zaman qarşısı tərəfilərindən alınmışdır. Buna baxmayaraq Rövşən Qasımov polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyi üçün tərəflərindən X2 və Şəxs Masallı RPŞ-yə dəvət olunmuşdur. Barələrində inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X7 şahid X8 ilə oxşar məzmunlu ifadə verərək, X3 izahatında göstərdiyi xüsusatları bir daha təsdiq etdi. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı RPŞ-nin İTB-nin sahə rəisi, X5 tərəfindən 05 iyun 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs əməli protokolu tərtib etmiş şəxin və şahidlərin izahatı, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X4 əməlində İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-883/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-883/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver