Məhkəmə qərarları › İş №3(050)-892/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-892/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-892/2025 14.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X7 Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 iştirakları ilə, xx xxx 1974-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Masallı stansiya kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında videoçəkiliş vasitəsilə baxaraq, müəyyən etdi: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan məlum olur ki, Masallı Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(050)- 883/2024 nömrəli icra sənədinə əsasən 9000 manat pul və 110 manat ödənilmiş dövlət rüsumu Şəxs tutularaq, X1 ödənilməlidir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(050)-883/2024 nömrəli icra sənədinə əsasən 9000 manat pul və 110 manat ödənilmiş dövlət rüsumu Şəxs tutularaq, X1 ödənilməlidir. İcra sənədi icra və probasiya şöbəsinin icraatına daxil olduqdan sonra borcluya icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, tərəfindən borclunun izahatı alınmışdır. Borclu icra sənədi üzrə protokol tərtib edilib məhkəməyə gətirildikdən sonra 1000 manat ödəniş etmişdir. Göstərilənləri nəzərə alaraq borclu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(050)-883/2024 nömrəli icra sənədindən məlumatlıdır. İcra sənədi üzrə 1000 manat ödəniş edilmiş, qalan borcun da ödənilməsi təmin ediləcəkdir. Özü ikinci qrup müharibə əlilidir, xəstəliyi ilə əlaqədar işləyə bilmir. Göstərilənləri nəzərə alaraq inzibati icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı rayon Məhkəməsinin 2(050)-883/2024 nömrəli, 29 may 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, 9000 manat və dövlət rüsumu qismində ödənilmiş 110 manat pul Şəxs tutularaq, Zərərçəkmiş şəxs ödənilməlidir. - Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-883/2024 nömrəli, 29 may 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 08 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Ağayev X4 rayon Məhkəməsinin 2(050)-883/2024 nömrəli, 29 may 2024-cü il tarixli icra vərəqəsinin icrasını tam təmin etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs İ qrup əlildir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, borclu hal-hazırda olan borcundan 1000 manat ödəniş etmişdir. Qalan borcunu da ödəniləcəyinə söz verir. Onun hərəkətlərində icra sənədinin icrasından qərəzli olaraq yayınma halı müəyyən olunmamış, birinci qrup əlildir, əmək qabiliyyətini itirmiş, işləyə bilmir. Bundan başqa borclunun adında hər hansı əmlak olmadığı üçün tələbin bir dəfəlik olaraq təmin edilməsi mümkün deyildir. Məhkəmə qeyd edir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. Göründüyü kimi məhkəmə araşdırması zamanı borclunun Masallı Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(050)-883/2024 nömrəli icra sənədinin icrasından qərəzli şəkildə yayınma halı müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə, hazırkı iş üzrə həm inzibati xəta tərkibi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar