Məhkəmə qərarları › İş №3(050)-893/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-893/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-893/2023 06.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxx 1969-cu ildə Masallı rayonu Musaküçə kəndində doğulmuş, Masallı rayonu Musaküçə kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-2043/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 5119.21 manat və 1270 ABŞ dolları (1270 ABŞ dolları ödənildiyi xx.xx.2022-ci il tarixə uyğun manat ekvivalentinə uyğun hesablanmaqla) və dövlət rüsumuna ödənilmiş 140 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən icra sənədləri üzrə öhdəsinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2043/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 5119.21 manat və 1270 ABŞ dolları (1270 ABŞ dolları ödənildiyi xx.xx.2022-ci il tarixə uyğun manat ekvivalentinə uyğun hesablanmaqla) və dövlət rüsumuna ödənilmiş 140 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmiş, borclunun əmlakının olmadığı və hər hansı bir məvacib (maaş və ya pensiya) almadığı müəyyən edilmişdir. Həmçinin borclunun yaşayış ünvanına bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, icra sənədi icra etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu icra sənədi üzrə 500 manat pul ödəmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Masallı Rayon Məhkəməsinin müvafiq icra sənədləri ilə bağlı yaranmış borcu ilə əlaqədar bu günə kimi 500 manat ödəniş etmişdir. Lakin maddi imkanı olmadığına görə borcunu tam şəkildə ödəyə bilməmişdir. İş olmadığı üçün heç bir yerdə işləyə bilmir. Əgər tələbkar tərəfindən ona vaxt verilmiş olsa o, işləyib borcunu hər ay 500 manat olmaqla hissə-hissə ödəyəcəkdir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Masallı Rayon Məhkəməsinin müvafiq icra sənədi ilə Şəxs 5119.21 manat və 1270 ABŞ dolları məbləğində pul və dövlət rüsumuna ğörəödənilmiş 140 manat alınaraq ona verilməsi qət edilmişdir. O, Kamillə əvvəllər bir yerdə işləmişdir. Kamil bankdan pul götürdüyü zaman oda ona zamin durmuşdur. Lakin Kamil banka olan borcunu ödəmədiyinə görə həmin pul məbləği onun aldığı aylıq əmək haqqından tutulmuşdur. Pul məbləği ondan tutulduğu müddətdə Kamil ona heç bir ödəniş etməmişdir. Eləcədə o, Kamilə qarşı məhkəmədə iddia qaldırdığı zamanda heç bir ödəniş etməmişdir. İcra şöbəsi onları çağırdığı zaman isə Kamil hər ay 500 manat ödəyəcəyinə söz vermiş olsa da, bu vədinədə əməl etməmişdir. Odur ki, artıq Kamilin sözlərinə inanmır. Hazırda borcludan borcunu tələb edir. Borclu borcunu ödəmədiyi təqdirdə isə barəsində qanunamüvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 06 iyun 2023-cü il tarixdən, saat 12:15-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar