Məhkəmə qərarları › İş №3(050)-894/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-894/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-894/2025 09.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1970-ci il tarixdə Masallı rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 09 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokola və iş materiallarına əsasən 13 mart 2025-ci il tarixdə saat 10 radələrində Masallı rayonu, Təzəkənd kəndində Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş verən münaqişə zamanı sonuncunu qəsdən vuraraq sağ qaş nahiyəsi sıyrığı ilə dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsinin tərkibi yarandığından Masallı rayon Polis şöbəsinin təhqiqatçısı Vasif Ağazadə tərəfindən 28 mart 2025-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Həmin qərar əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X2 tərəfindən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, Masallı rayonu, Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs 13 mart 2025-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək həmkəndlisi Şəxs onu döyməsi barədə məlumat vermiş və həmin gün Masallı RPŞ-yə ərizə ilə müraciət edərək həmin tarixdə həmkəndlisi Şəxs onu döyməsini göstərmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından həmin material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, onunla düşəmçilik və ədavəti yoxdur. 13 mart 2025-ci il tarixdə, saat 11 radələrində o, kənd ərazisində Zərərçəkmiş şəxs ilə qarşılaşmışdır. O, ona heyvanlarını onun və digər kənd sakinlərinin yerinə salması barədə irad bildirmişdir. Çünki dəfələrlə Zərərçəkmiş şəxs öz heyvanlarını həmin qoruqlara salmışdır. Zərərçəkmiş şəxs ona heyvaların həmin qoruqlara salmasını etiraf etmiş və ona “əcəb edirəm salmışam” demişdir. O, ona “qələt edirsən” demişdir. O, da ona nalayiq ifadələrlə cavab vermişdir. Bu zaman onların arasında sözlə mübahisə olmuşdur. O, həmin vaxt ona sadəcə döymək istəyini sözlə bildirmişdir. O, ondan ayrılmaq istədikdə Zərərçəkmiş şəxs yenidən onu nalayiq ifadələrlə təhqir etmişdir. O, Mahirə yaxınlaşaraq irad bildirmək istədikdə ondan qaçmağa başlamışdır. Daha sonra onun yanına getmiş və bir daha həmin heyvanları onun sahəsinə salıb-salmadığını barədə soruşmuşdur. Lakin Zərərçəkmiş şəxs həmin heyvanları salmadığını, heyvanların özü girdiyini demiş, həmçinin and içərək təkrar heç bir səhvi olmadığını demişdir. Bundan sonra Mahirdən ayrılıb getmişdir. Hazırda törətdiyi əməli etiraf etdiyini, əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışmalarını nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi və bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun həmkəndlisidir, onunla düşəmçilik və ədavəti yoxdur. 13 mart 2025-ci il tarixdə saat 11 radələrində o, kənd ərazisində qardaşı Qurban Qafarovun evinə getmişdir. Bu zaman Şəxs ilə qarşılaşdır. Şəxs ona bir neçə saat əvvəl öz mal-qarasını qəsdən onun sahəsinə salmağını bildirmişdir. O isə Elçinə belə bir şey olmadığını və sonuncunun sahəsinin qapısı açıq olduğu üçün heyvanların həmin sahəyə daxil olmasını bildirmişdir. Bundan sonra onlar arasında sözlə mübahisə baş vermişdir. Bundan sonra Şəxs əlində olan ağac parçası ilə onun sağ göz nahiyəsinə vurmuşdur. O, dərhal kənara çəkilmiş, lakin Şəxs yenidən onun üzərinə hücum etmişdir. O isə qaçmağa başlamışdır. Elçin onun qardaşının evinin yanına qədər qovmuş, lakin daha sonra onun arxası ilə gəlməmişdir. O, evə getmiş və bu hadisə ilə bağlı DİN-in 102 xidmətinə məlumat vermişdir. Hadisə zamanı orada kənar şəxslər olmamışdır. Hazırda Şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti yoxdur. Barışmaqlarını nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi və bununla bağlı məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” Publik hüquqi şəxsin 13 mart 2025-ci il tarixli 178 nömrəli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs sağ qaş nahiyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti müayinədən bir necə saat əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 mart 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Masallı rayon Polis şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.1.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün, zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokolla və iş materialları əsasında sübuta yetirilir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xətanı törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar