Məhkəmə qərarları › İş №3(050)-898/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-898/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-898/2024 24.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, döngə 1, ev 8 A-da qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Masallı şəhəri ərazisində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs xx.xx.2024-cü Masallı şəhəri ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X3 izahatında göstərdi ki, xx.xx.2024-ci il tarixdə saat 01:49 radələrində Masallı şəhəri, H.Əliyev prospektində Masallı RPŞ-nin DYPB-nin YPXİ əməkdaşı X2 Vüsal Xudayar oğlu ilə birlikdə xidmətdə olarkən “Honda İnsight” markalı 77GK185 dövlət nömrə nişanlı avtomaşının sürücüsü işıqforun qadağanedici işarəsinin tələbinə məhəl qoymayaraq avtomaşının hərəkətini davam etdirdiyi üçün YPX əməkfsaşları tərəfindən saxlanılmışdır. YPX əməkdaşları sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra etdiyi yol hərəkət qayda pozuntusunu izah edərkən, sürücünün nəfəsindən kəskin alkoqol iyi gəldiyi üçün alkotestr müayinəsindən keçirilməsi və şəxsiyyətinin təsdiq edilməsi üçün adı sonradan məlum olan Şəxs avtomobildən düşərək polis əməkdaşlarının üzərinə gəlməklə ucadan nəlayiq ifadələr işlədərək, səs-küy salmağa başlamış, avtomaşının heç bir yerə aparılmayacağını bildirmişdir. YPX əməkdaşları Şəxs dəfələrlə nizam-intizama dəvət etsəkdə o, hərəkətlərinə davam etdmişdir. Bu səbəbdən radio rabitə vasitəsi ilə Masallı RPŞ-nin PPXB-nin əməkdaşları dəvət edilmişdir. Əraziyə PPXB-nin əməkdaşları Rasim Ağayev və Pərvin İmanlı yaxınlaşmış, onlar da Şəxs nizamintizama dəvət etsələrdə, sonuncu polisin qanuni tələblərini qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etdirmiş, bu səbəbdən Şəxs Masallı RPŞ-yə gətirilmişdir. Göstərilən səbəblərdən barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhərində yaşayır. xx.xx.2024-cü il tarixdə Masallı rayonuna toy şənliyinə gəlmiş, toyda spirtli içki qəbul etmişdir. Bu səbəbdən avtomaşını idarə etmək üçün ayıq sürücü çağırmış, lakin həmin şəxsin də sərxoş olmasını əvvəlcədən bilməmişdir. Avtomaşınla Masallı şəhəri ərazisində hərəkədə olduqları vaxt YPX əməkdaşları tərəfindən saxlanılmış, sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən edildiyi üçün sükandan kənarlşadırılmışdır. YPX əməkdaşı avtomaşının duracağa yerləşdirilməsini bildirdikdə əsəbiləşərək, səs-küy salmışdır. Sonda Şəxs etdiyi əməldən peşman olduğunu, polis əməkdaşlarından üzr istədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alıb barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin DYPB-nin YPX-in inspektoru X7 izahatında göstədi ki, xx.xx.2024-ci il tarixdə təxminən saat 01:49 radələrində Masallı şəhəri, H.Əliyev prospektində Masallı RPŞ-nin DYPB-nin YPXİ X6 ilə birlikdə xidmətdə olarkən “Honda İnsight” markalı 77GK185 dövlət nömrə nişanlı avtomaşının sürücüsü işıqforun qadağanedici işarəsinin tələbinə məhəl qoymayaraq, avtomaşının hərəkətini davam etdirdiyi üçün tərəfilərindən patrul avtomaşında quraşdırılan səs gücləndirici ilə saxlama işarəsi verilmişdir. Sürücü avtomaşının hərəkətini davam etdirərək Masallı şəhəri, H.Əliyev prospekti ilə Füzuli küçəsi istiqamətində hərəkət etməyə başlamışdır. Sonradan avtomaşın saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra etdiyi yol hərəkət qayda pozuntusunu izah edərkən, sürücünün nəfəsindən kəskin akoqol iyi gəldiyi üçün alkotestr müayinəsindən keçirilməsi və şəxsiyyətinin təsdiq edilməsi üçün Masallı RPŞ-yə dəvət etmişdilər. Həmin vaxt avtomaşında sərnişin qismində əyləşən adı sonradan məlum olan Şəxs avtomobildən düşərək üzərlərinə gəlmiş, ucadan nəlayiq ifadələr işlədərək səs-küy salmağa başlamış, avtomaşının heç bir yerə aparılmayacağını bildirmişdir. Həmin vaxt Şəxs də kəskin alkoqol iyi gəlmişdir. Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də o, hərəkətlərinə davam etmişdir. Bu səbəbdən köməyə radio rabitə vasitəsi ilə Masallı RPŞ-nin PPXB-nin əməkdaşlarını dəvət etmişlər. Əraziyə PPXB-nin əməkdaşları Rasim Ağayev və Pərvin İmanlı yaxınlaşmış, onlar da Şəxs nizam-intizama dəvət etsələr də sonuncu polisin qanuni tələblərini qəsdən tabe olmayaraq, hərəkətlərinə davam etmişdir. Bu səbəbdən Şəxs Masallı RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişdilər. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, seriya MN ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün etirafı, protokolu tərtib etmiş şəxin və şahidin izahatları, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Paşayev X8 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 34, 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Bakı Şəhəri Sabunçu Rayon İcra şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar