Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-898/2025 25.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdə göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:29 radələrində Ələt-Astara yolunun Masallı rayonu ərazisindən keçən 143cü kilometrliyində idarə etdiyi “VAZ 21154” minik markalı, ** DT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin tələbini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Vətən Müharibəsinin iştirakçısıdır. Müharibə zamanı aldığı xəsarətlərlə bağlı fərqli müalicələr almışdır. Qəbul etdiyi dərman preparatlarının tərkibində psixotrop maddələr vardır. Böyrəyindən və əlindən cərrahiyyə əməliyyatı olunmuşdur. Başından və ayağından qəlpə yarası almışdır. Travmaları çox olduğu üçün müalicə almışdır. Milli Qəhrəman Pəncəli Teynurovun 9 illik anım mərasimi ilə bağlı ailə üzvləri ilə birlikdə Astara rayonuna getmişdir. Özü ilə ehsan etdiyi müəyyən məhsullar götürmüşdür. Ehsan paylamaq üçün maşını özü yol kənarında saxlamışdır. Lakin polis əməkdaşları onun ticarət etdiyini zənn edib onu polis postuna gətirmişlər və müayinə zamanı müalicə aldığını bildirmiş olsada nəzərə almamışlar və iş məhkəməyə gəlib çıxmışdır. Narkotik vasitələrdən istifadə etməmişdir. Lakin narkotik tərkibli dərmanlardan istifadə etmişdir. Aldığı müalicələrlə bağlı təqdim edəcək sənədləri, reseptləri vardır. Odur ki, inzibati xəta haqqında protokola yaşayış yeri üzrə Neftçala Rayon Məhkəməsində baxılmasını xahiş etdi və bununla bağlı vəsatəti məhkəməyə təqdim etdi. Protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu Neftçala şəhəri, 6-cı məhəllədə qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inziabti material aidiyyəti üzrə baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati material aidiyyəti üzrə baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilmir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-898/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-898/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver