Məhkəmə qərarları › İş №3(050)-899/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-899/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-899/2024 25.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X1, Masallı Rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Masallı rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Təzəkənd kəndinin ərazisində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs xx.xx.2024-cü Masallı rayonu, Təzəkənd kəndinin ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X4 izahatında göstərdi ki, Masallı rayonu, Təzəkənd kənd sakini Şəxs müxtəlif vaxtlarda DİN-in 102 zəng xidmətinə dəfələrlə əsassız müraciətləri ilə əlaqədar, onunla proflaktiki söhbətlər aparılması üçün xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin İTBnin polis sahə rəisi Şahin Mehrabov onu Təzəkənd kəndində yerləşən inzibati otağına dəvət etmişdir. Şəxs ilə söhbət zamanı əsassız yerə DİN-in 102 xidmətinə zəng etmədiyini bildirərək, ucadan ünvansız söyüş söyməyə başlamışdır. Bu zaman İTB-nin polis sahə rəisi Şahin Mehrabovla birlikdə xidməti ərazidə olan RPŞ-in İTB-in sahə nəfəri polis baş serjantı Yusif Paşayev və polis serjantı X8 Əliyevə yaxınlaşaraq, onu nizam-intizama dəvət etmiş, hüququ və vəzifələrini izah edərək polisin qanuni tələbinə tabe olmasını bildirsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, öz hərəkətlərinə davam etmiş, kənarda dayanmış şəxslərin diqqətini özünə cəlb etməklə polisin qanuni tələblərinə tabe olmadığından, onu RPŞ-nə gətirmişlər. Göstərilən səbəblərdən barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xuliqanlıq hərəkəti etməmiş, polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Şəhid qardaşı olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-in İTBin polis sahə rəisi polis leytenantı Şahin Mehrabovla birlikdə Masallı rayonu, Təzəkənd kənd ərazisində xidmətdə olarkən sahə rəisi Ş.Mehrabov Masallı rayonu, Təzəkənd kənd sakini Şəxs müxtəlif vaxtlarda DİN-in 102 zəng xidmətinə dəfələrlə əsassız müraciətləri ilə əlaqədar, onunla proflaktiki söhbətlər aparılması üçün onu Təzəkənd kəndində yerləşən inzibati otağa dəvət etmişdir. Sahə rəisi Ş.Mehrabov proflaktiki söhbət edən zaman Şəxs əsassız yerə zəng etmədiyini bildirərək, ucadan ünvansız söyüş söyməyə başlamışdır. RPŞ-in İTB-in polis sahə nəfəri polis serjantı Cahid Nağıyev və o, Şəxs yaxınlaşaraq onu nizam intizama dəvət etmiş, ona hüquq və vəzifələrini izah edərək polisin qanuni tələbinə tabe olmasını bildirsələr də, o polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hüquqa zidd hərəkətlərinə davam etdirmişdir. Şəxs kənarda olan şəxslərin diqqətini özünə cəlb etməklə, qanuni tələblərinə tabe olmadığından, onu RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin Polis sahə rəisi X2 şahid X5 ilə eyni məzmunlu izahat verərək həmin xüsusatları təsdiq etdi İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, seriya MN ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri protokolu tərtib etmiş şəxin və şahidin izahatları, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngüləşdirilən hal onun himayəsində 1 azyaşlı uşağının olmasıdır.; ağırlaşdıran hal yoxdur. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində 1 azyaşlı uşağının olmasını, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əliyev X3 Xətalar Məcəlləsinin 510 və 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 34, 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar