Məhkəmə qərarları › İş №3(050)-9/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-9/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-9/2024 08.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Masallı rayonu, Banbaşı kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Köhn Alvadı kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində “Zəvvar” Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılmışdır. Protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək, izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində “Zəvvar” Ovçuluq Təsərrüfatının ərazisində açıq sahədə həmkəndliləri ilə barabər ov edərkən X1 X3 əməkdaşları tərəfindən saxlanılmış, icazə verilməyən saatda qanunsuz ovla məşğul olmaları səbəbindən etdiyi işin inzibati xəta olması ona izah edilmişdir. İcazə almadan vaxtından tez ov ərasinə daxil olmub ov etdiklərinə görə barələrində akt tərtib edilmiş, lakin həmin ərazidən 3 ədəd ördək və 3 ədəd qaşqaldaq quşu ovlanmasına icazə verilmişdir. Təsərrüfatın əməkdaşları tərəfindən izahatı alınmış, barəsində inzibati qaydada protokol tərtib edilmişdir. Etdiyi əməldən peşmandır. Bir daha belə hərəkətə yol verməyəcəkdir. Maddi imkanı yaxşı deyil. Etdiyi əmələ görə cərimə ödəmək imkanında deyil. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və inzibat xəta haqqında materialda olan sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində “Zəvvar” Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılmışdır. 03782 nömrəli ovçuluq biletindən görünür ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin X4 tərəfindən Şəxs ovçuluq bileti verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 018459 saylı icazə sənədindən görünür ki, Şəxs 03782 saylı ovçuluq bileti əsasında “Zəvvar” Ovçuluq Təsərrüfatının ərazisindən 01 dekabr 2023-cü il tarixdə 3 ədəd ördək və 3 ədəd qaşqaldaq quşu ovlanmasına icazə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri işə əlavə edilmiş inzibati xəta haqqında protokol, işə əlavə edilmiş digər sənədlərlə, o cümlədən onun etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır; Şəxs inzibati məsuliyyətini yüngüləşdirilən və ağırlaşdıran hal yoxdur. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası həddində ov hüququnun məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə ov hüququ məhdudlaşdırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar