Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-900/2024 25.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Masallı rayonu Yelağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu Yelağac kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Yelağac kəndində ucadan ünvansız nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə Masallı RPŞ-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, bu gün səhər tanıdığı bir polis əməkdaşı ona zəng edərək onunla görüşmək istədiyi bildirmiş, o isə həmin şəxsə evdə olmadığını bildirmişdir. Lakin evdə olmuş və qaynaq aparatı ilə qaynaq işləri görmüşdür. Daha sonra küçədən post patrul maşınının keçdiyini görmüş və onunla bağlı gəldiklərini düşünərək küçəyə çıxmışdır. Küçəyə çıxdıqdan sonra maşın dayanmış və maşından üç nəfər polis əməkdaşı düşərək ona yaxınlaşmışdır. Lakin həmin polis əməkdaşlarının heç biri ona zəng vurmuş tanıdığı polis əməkdaşı olmamışdır. Həmin polis əməkdaşları ona polis şöbəsinə getməyi təklif etmişlər, o isə onlara paltarlarını dəyişmək istədiyini demiş onlar isə razılaşmamışlar. Daha sonra onu polis şöbəsinə gətirmişlər. Oradanda məhkəməyə gətirmişlər. Lakin hansı səbəbə gətirdiklərini ona deməmişlər. Lakin söyüş söyməmiş, heç bir nəlayiq ifadə işlətməmişdir. Sadəcə polis əməkdaşları onu polis şöbəsinə aparmaq istədikləri zaman onlara paltarlarını dəyişmək istədiyini demişdir, onlar isə onunla razılaşmayaraq iş paltarları və çırıq ayaqqabı ilə onu polis şöbəsinə gətirmişlər. Ona qarşı fiziki zor göstərməmişlər. Paltarlarını dəyişməsi ilə bağlı polis əməkdaşları ilə mübahisə etdiyi üçün hərəkətindən peşmandır. Polis şöbəsində olduğu zaman izahatı özü yazmışdır. Məhkəmədən ona cərimə cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində PPXB-in manqa komandiri, polis baş serjantı Elnur Səfərov və polis nəfəri, polis serjantı Şərif Şükürov ilə birlikdə 9 nömrəli piyada postu yoxlayan zaman bir nəfər şəxsin yol kənarında uca səslə küçə söyüşlərindən istifadə etdiyini görüb həmən şəxsə yaxınlaşıb etdiyi hərəkətin inzibati xəta olduğunu ona izah etmişlər. Lakin sonradan adı onlara məlum olan Yelağac kənd sakini, xx.xx.1994-cü il təvəllüdlü, Şəxs dəfələrlə nizam intizama dəvət etsələrdə lakin o onlara məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdiyi üçün, onlar həmin şəxsi RPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahidlər qismində dindirilmiş X3 və X2 şahid X1 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Simran Haxverdiyev tərəfindən 25 aprel 2024-cü il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətmiş olduğu əməlləri qismən etiraf etsə də, onun təqsiri şahidlərin izahatı, inzibati xəta haqqında protokollar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. İş materillarında olan Şəxs izahatından görünür ki, əsəbi olduğu üçün polis işçilərinin tələbinə tabe olmadığından onu polis şöbəsinə gətirmişlər, əməlindən peşman olduğunu bildirmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 25 aprel 2024-cü il saat 17:50-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-900/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-900/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver