Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-907/2023 07.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin DYPB-nin YPXİ-nin, inspektoru polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Göy-Göl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, ev 89-da qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs 26 may 2023-cü il tarixdə saat 02:08 radələrində “Ford Transit” yük markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomaşını Masallı rayonu ərazisində idarə edərkən YPXnin əməkdaşları tərəfindən saxlanılmış, sənədləri yoxlanılan zaman sürücünün il ərzində təkrar olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin DYPB-nin YPXİ-nin, inspektoru polis serjantı X3 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs 26 may 2023cü il tarixdə saat 02:08 radələrində “Ford Transit” yük markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomaşını Masallı rayonu ərazisində idarə edərkən YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, sənədləri yoxlanılan zaman sürücünün il ərzində təkrar olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 26 may 2023-cü il tarixdə saat 02:08 radələrində “Ford Transit” yük markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomaşınla Masallı rayonu ərazisində yerləşən otelin həyətində hərəkət etməklə hərəkət yoluna çıxamadan saxlayan zaman YPX əməkdaşı tərəfindən saxlanılmış, sənədlərin təqdim edilməsi tələb edilmişdir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomaşını idarə etdiyi ona bildirilmiş, onu alkoltest cihazı ilə müayinədən keçirmişlər. Əvvəllər də eyni inzbati xətanı törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə barəsində 500 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Müayinə zamanı sərxoş olduğu aşkar olunmuşdur. Bir bakal pivə içdiyini etiraf etmişdir. Etdiyi əməldən peşmandır. Bir də belə hallara yol verməyəcəkdir. Sonda Şəxs qeyd olunanların nəzər alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Masallı DYPB-nin YPXİ-nin polis serjantı X2 tərəfindən tərtib olunmuş 26 may 2023cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 26 may 2023cü il tarixdə saat 02:08 radələrində “Ford Transit” yük markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomaşını Masallı rayonu ərazisində idarə edərkən YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, sənədləri yoxlanılan zaman sürücünün il ərzində təkrar olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş halda idarə etməsi müəyyən edilmişdir xx.xx.2023-cü il tarixli alkol testin nəticəsindən görünür ki, Şəxs sərxoş vəziyyətdə olmuşdur (alkaqolun miqdarı 0,510%). İşdə olan elektron çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci ildə Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinə əsasən 500 manat inzibati qaydada cərimə edilmişdir. Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı inzibati xəta haqqında protokolla, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 334.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 azyaşlı uşağının olmasını, əməlini etiraf edərək, səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır, əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli inzibati qaydada tutulduğu gündən, yəni 07 iyun 2023-cü il tarixdən saat 15:25-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-907/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-907/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver