Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-908/2024 26.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 25 aprel 2024-cü il tarixdə Masallı rayonu, Qızılağac kəndində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs 25 aprel 2024-cü il tarixdə tarixdə Masallı rayonu, Qızılağac kəndində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 birlikdə Masallı rayonu, Qızılağac kəndində xidmətdə olduqları zaman Masallı rayonu, Qızılağac kənd sakini X3 məxsus avtomobilin yandırılması faktı ilə bağlı Masallı rayonu, Qızılağac kənd sakini Şəxs izahatının alınması məqsədi ilə onu kəndin mərkəzində görüb həmin şəxsə yaxınlaşmış, özlərini təqdim etmişlər. Polis əməkdaşları Şəxs izahatının alınması məqsədi ilə Masallı RPŞ-yə dəvət etdikləri vaxt, o, polis əməkdaşları ilə mübahisə edərək ictimai yerdə nəlayiq söyüşlər işlədərək, cəmiyyətin diqqətini özünə cəlb etməyə çalışmış, polis əməkdaşları Şəxs təkrar polisin qanuni tələbinə tabe olması barədə xəbərdarlıq etmişlər, lakin o, hərəkətlərini davam etdirərək, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdlr. Şəxs etdiyi hərəkətlərlə bağlı polis əməkdaşları tərəfindən Masallı RPŞ-nin inzibati binasına gətirilmişdir. Göstərilən səbəblərdən barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olarkən arvadı ilə ailə münasibətləri zəminində mübahisə etdiyindən sonuncu barəsində şikayət etmişdir. Arvadının şikayəti ilə əlaqədar kəndin polis sahə rəisi bir neçə dəfə onun mobil telefonuna zəng etmiş, zənglərə cavab verməyərək, telefonu söndürmşüdür. Həmin günü polis əməkdaşları ona yaxınlaşaraq, izahatının alınması üçün polis şöbəsinə dəvət etmişlər, lakin o, əsəbli olduğu üçün bir az qışqır-bağır salmış, polis əməkdaşları ilə mübahisə etmişdir. Sonradan Şəxs bildirdi ki, polis əməkdaşları Masallı rayonu, Qızılağac kənd sakini X3 məxsus avtomobilin yandırılması ilə bağlı ona yaxınlaşaraq, onu polis şöbəsinə dəvət etmişdilər. O, isə buna etiraz etməyərk, polis əməkdaşlarının avtomobilinə əyləşərək, onlarla polis şöbəsinə gəlmişdir. Tabesizlik göstərməmişdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Masallı rayonu, Qızılağac kəndində xidmətdə olduqları zaman Masallı rayonu, Qızılağac kənd sakini X3 məxsus avtomobilin yandırılması faktı ilə bağlı Masallı rayonu, Qızılağac kənd sakini Şəxs izahatının alınması məqsədi ilə onu kəndin mərkəzində görüb həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər. Şəxs izahatının alınması məqsədi ilə Masallı RPŞ-yə dəvət etdikləri vaxt, o, onlarla ilə mübahisə edərək ictimai yerdə nəlayiq söyüşlər söymüş, cəmiyyətin diqqətini özünə cəlb etməyə çalışmışdır. Şəxs polisin qanuni tələbinə tabe olması barədə xəbərdarlıq etmişlər, lakin o, hərəkətlərini davam etdirərək, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs etdiyi hərəkətlərlə bağlı tərəflərindən Masallı RPŞ-nin inzibati binasına gətirilmişdir. Şəxs barəsində raportla şöbə rəisinə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkli Şahid2 şahid X5 ilə eyni məzmunlu izahat verərək həmin xüsusatları təsdiq etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25 aprel 2024-cü il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Şəxs təqsiri inzibati xəta haqqında protokol, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdsir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 25 aprel 2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Quliyev X7 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-908/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-908/2024
26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver