Məhkəmə qərarları › İş №3(050)-909/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-909/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-909/2023 07.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 iştirakları ilə, xx.xx.1957-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, təqaüdçü, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-2069/2022 saylı, 30 avqust 2022-ci il tarixli icra sənədinə əsasən X3 ilə Şəxs arasında 26 avqust 2022-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş barışıq sazişi məhkəmə tərəfindən aşağıdakı şərtlərlə təsdiq edilsin: 1. Tərəflər iddiaçı X3 ilə cavabdeh Şəxs arasında bağlanmış reyestrdə qeydiyyat nömrəsi 3M-695 olan 14 iyun 2019-cu il tarixli notarial qaydada təsdiq ediimiş kredit müqaviləsi üzrə cavabdehə verilmiş 250000 (iki yüz əlli min) manat borc məbləginə görə 10 iyun 2022-ci il tarixinə yaranmış borcun məbləğinin bank uçot dərəcəsi və əldən çıxmış fayda ilə birlikdə 436250 (dörd yüz otuz altı min iki yüz əlli) manata bərabər oldugunu tərəflər qarşılıqlı razılaşma əsasında könüllü olaraq təsdiqləyirlər. 2. Tərəflər təsdiq edirlər ki, hal-hazırda tərəflər arasındakı 1ci bənddə göstərilən borc məbləginə görə yaranan mübahisənin həlli üçün iddiaçı məhkəməyə müraciət etmiş, bu məsələ ilə baglı 2(050)-2069/2022 saylı iş Masallı Rayon Məhkəməsinin icraatındadır. Tərəflər Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.3 və 191-ci maddələrinə uyğun olaraq, məhkəmə mübahisəsini barışıq sazişi ilə yekunlaşdırmaq məqsədilə aşağıdakı şərtlərlə razılığa gəlirlər ki, barışıq sazişi Masallı Rayon Məhkəməsində təsdiq edilməklə qərardad qəbul edilsin. 3. Həmin Qərardadın qüvvəyə mindiyi tarixdən etibarən ən geci 3 (üç) ay ərzində aşağıdakı hərəkətləri yerinə yetirməyi öhdələrinə götürürlər: 3.1. İddiaçı məhkəməyə verdiyi iddia tələbindən tam imtina edir, cavabdeh isə iddiaçının iddia tələbindən imtina etməsi qarşılığında aşagıda göstərilən öhdəlikləri yerinə yetiri: 3.1.1. Cavabdeh bu barışıq sazişinin 1-ci bəndində göstərilən 436250 (dörd yüz otuz altı min iki yüz əlli) manat borcu 3 (üç) ay ərzində notariusun bankda açılan depozit hesabı vasitəsi ilə iddiaçıya ödəyəcəkdir. 3.1.2. Bu sazişin 3.1.1. bəndinin tələbləri yerinə yetirilmədiyi halda və ya qismən yerinə yetirildiyi halda cavabdeh barışıq sazişinin təsdiqlənməsi haqqında məhkəmə qərardadının qüvvəyə minməsindən sonra keçən 3 (üç) aydan sonrakı 10 gün müddətində Masallı rayonu, Ərkivan kəndində yerləşən, istifadə hüququ ilə istifadəsində olan 5.1 hektar torpaq sahəsində yerləşən və özünün xüsusi mülkiyyətində olan reyestr nömrəsi **********11-12301, qeydiyyat nömrəsi ********** olan və xx.xx.2019-cu ildə qeydiyyata alınmış, 3590,5 kvadrat metr ümumi sahəyə malik daşınmaz əmlakı heç bir qeyd-şərt qoymadan bu sazişin 1-ci bəndində göstərilmiş yaranmış borcun əvəzi kimi iddiaçının mülkiyyətinə keçirməyi və bununla baglı bütün hüquqi və digər prosedurları yerinə yetirməyi öhdəsinə götürür. 3.1.3. Əgər bu sazişin 3.1.2. bəndinin tələbi yerinə yetiriiən zaman məlum olsa ki, bu sazişin 3.1.1. bəndinin tələbi qismən yerinə yetirilmişdir bu halda iddiaçı borc məbləginin qismən ödənişi kimi bu saziş üzrə aldıgı məbləgi bu sazişin 3.1.2 bəndinin tələbi yerinə yetirilən zaman dərhal cavabdehə qaytaracaqdır. Bu sazişin 3.1.1, 3.1.2 və 3.1.3-cü bəndlərində müəyyən olunmuş öhdəliklər icra edildikdən sonra tərəflərin bir-biri qarşısındakı bütün öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir. Tərəflərdən biri Barışıq sazişinin şərtlərini yerinə yetirmədikdə, digər tərəf həmin şərtlərin yerinə yetitirlməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Barışıq sazişi məhkəmə və tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə, eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmiş və imzalanmışdır. Barışıq sazişi bu qərardad qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2069/2022 saylı, 30 avqust 2022-ci il tarixli icra sənədinə əsasən X3 ilə Şəxs arasında 26 avqust 2022-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş barışıq sazişi məhkəmə tərəfindən aşağıdakı şərtlərlə təsdiq edilsin: 1. Tərəflər iddiaçı X3 ilə cavabdeh Şəxs arasında bağlanmış reyestrdə qeydiyyat nömrəsi 3M-695 olan 14 iyun 2019-cu il tarixli notarial qaydada təsdiq ediimiş kredit müqaviləsi üzrə cavabdehə verilmiş 250000 (iki yüz əlli min) manat borc məbləginə görə 10 iyun 2022-ci il tarixinə yaranmış borcun məbləğinin bank uçot dərəcəsi və əldən çıxmış fayda ilə birlikdə 436250 (dörd yüz otuz altı min iki yüz əlli) manata bərabər oldugunu tərəflər qarşılıqlı razılaşma əsasında könüllü olaraq təsdiqləyirlər. 2. Tərəflər təsdiq edirlər ki, hal-hazırda tərəflər arasındakı 1-ci bənddə göstərilən borc məbləginə görə yaranan mübahisənin həlli üçün iddiaçı məhkəməyə müraciət etmiş, bu məsələ ilə baglı 2(050)-2069/2022 saylı iş Masallı Rayon Məhkəməsinin icraatındadır. Tərəflər Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.3 və 191-ci maddələrinə uyğun olaraq, məhkəmə mübahisəsini barışıq sazişi ilə yekunlaşdırmaq məqsədilə aşağıdakı şərtlərlə razılığa gəlirlər ki, barışıq sazişi Masallı Rayon Məhkəməsində təsdiq edilməklə qərardad qəbul edilsin. 3. Həmin Qərardadın qüvvəyə mindiyi tarixdən etibarən ən geci 3 (üç) ay ərzində aşağıdakı hərəkətləri yerinə yetirməyi öhdələrinə götürürlər: 3.1. İddiaçı məhkəməyə verdiyi iddia tələbindən tam imtina edir, cavabdeh isə iddiaçının iddia tələbindən imtina etməsi qarşılığında aşagıda göstərilən öhdəlikləri yerinə yetiri: 3.1.1. Cavabdeh bu barışıq sazişinin 1-ci bəndində göstərilən 436250 (dörd yüz otuz altı min iki yüz əlli) manat borcu 3 (üç) ay ərzində notariusun bankda açılan depozit hesabı vasitəsi ilə iddiaçıya ödəyəcəkdir. 3.1.2. Bu sazişin 3.1.1. bəndinin tələbləri yerinə yetirilmədiyi halda və ya qismən yerinə yetirildiyi halda cavabdeh barışıq sazişinin təsdiqlənməsi haqqında məhkəmə qərardadının qüvvəyə minməsindən sonra keçən 3 (üç) aydan sonrakı 10 gün müddətində Masallı rayonu, Ərkivan kəndində yerləşən, istifadə hüququ ilə istifadəsində olan 5.1 hektar torpaq sahəsində yerləşən və özünün xüsusi mülkiyyətində olan reyestr nömrəsi **********11-12301, qeydiyyat nömrəsi ********** olan və xx.xx.2019-cu ildə qeydiyyata alınmış, 3590,5 kvadrat metr ümumi sahəyə malik daşınmaz əmlakı heç bir qeyd-şərt qoymadan bu sazişin 1-ci bəndində göstərilmiş yaranmış borcun əvəzi kimi iddiaçının mülkiyyətinə keçirməyi və bununla baglı bütün hüquqi və digər prosedurları yerinə yetirməyi öhdəsinə götürür. 3.1.3. Əgər bu sazişin 3.1.2. bəndinin tələbi yerinə yetiriiən zaman məlum olsa ki, bu sazişin 3.1.1. bəndinin tələbi qismən yerinə yetirilmişdir bu halda iddiaçı borc məbləginin qismən ödənişi kimi bu saziş üzrə aldıgı məbləgi bu sazişin 3.1.2 bəndinin tələbi yerinə yetirilən zaman dərhal cavabdehə qaytaracaqdır. Bu sazişin 3.1.1, 3.1.2 və 3.1.3-cü bəndlərində müəyyən olunmuş öhdəliklər icra edildikdən sonra tərəflərin bir-biri qarşısındakı bütün öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir. Tərəflərdən biri Barışıq sazişinin şərtlərini yerinə yetirmədikdə, digər tərəf həmin şərtlərin yerinə yetitirlməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Barışıq sazişi məhkəmə və tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə, eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmiş və imzalanmışdır. Barışıq sazişi bu qərardad qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. Borclunun yaşayış ünvanına bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Daha sonra eyni ünvana xəbərdarlıq məktubu da göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmişdir. Lakin borclu icra sənədini icra edilməsindən yayınır. Qeyd edilənlərə əsas barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, onun X2 borcu vardır. Belə ki, X3 bir neçə il öncə onu axtarıb taparaq ona borca pul verə biləcəyini bildirmişdir. Onunda pula ehtiyacı olduğundan Heydərin təklif etdiyi pul məbləğini almışdır. Aralarında olan ilkin razılaşmaya əsasən o, hazırda mübahisə predmeti olan obyekti satdıqdan sonra Heydərin pulunu qaytaracaq və əlavə olaraq Heydərə 10000 manat da pul verəcəkdir. Lakin sonradan bütün dünyanı bürümüş Covid 19 pandemiyası olduğundan obyekti sata bilməmişdir. Ötən il Bakı şəhərində olduğu zaman Heydər ona zəng vuraraq ona hədə-qorxu gələrək hazırkı icra sənədinin predmeti olan barışıq sazişini imzalatdırmışdır. Onun mülkiyyətində olan həmin qeyri-yaşayış obyektinin qiyməti Heydərə olan borcundan on dəfə çoxdur. O, həmin obyekti indidə satışa qoymuşdur. Satılacağı təqdirdə Heydərin pulunu ödəyəcəkdir. Əks təqdirdə borcundə on dəfə artıq dəyəri olan obyekti həmin borcun qarşılığında Heydərə verməyəcəkdir. Odur ki, məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsində göstərilir ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İşdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs altmış beş yaşı tamam olmuşdur. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar