Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-932/2023 03.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi (vəkili) Vəkil Qurbanbəli oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayonu Ərkivan qəsənbəsi ünvanı olan (VÖEN **********) Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında 01 iyun 2023-cü il tarixli, EP ******* nömrəli protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC (VÖEN **********) 20761.92 ABŞ dolları məbləğində olan vəsaiti 24 may 2021-ci il tarixdə xaricə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 il müddət keçsə də, 20761.92 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal edilməmiş və valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 25 may 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununlada Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayındəsi (vəkili) Vəkil Qurbanbəli oğlu məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs MMCnin direktoru tərəfindən Türkiyyə respublikasında fəaliyyət göstərən “X3 Ticaret” LTD şirkəti arasında ticari əlaqəlarə dair xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Şəxs MMC tərəfindən “X3 Ticaret” LTD şirkətinin hesabına 20761.92 ABŞ dolları məbləğində pul xx.xx.2021-ci il tarixdə köçürülmüşdür. Lakin sonradan “X3 Ticaret” LTD şirkətinin işlədicisi tərəfindən Şəxs MMC-nin direktorunun telefonları açılmamış və məhsulların Azərbaycana göndəilməsi təmin edilməmişdir. Şəxs MMC-nin direktoru tərəfindən Daxili İşlər Nazirliyinə və Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinə məktubla müraciətlər edilsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, hazırda məhsulların Azərbaycana göndərilməsində məsuliyətli olan şəxslə əlaqə saxlanıla bilmədiyindən inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. İşə əlavə olunmuş "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 30 may 2023-cü il tarixli, KB-119/2-87/2023 nömrəli məktubdan və əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs MMC (VÖEN **********) tərəfindən xx.xx.2021-ci il tarixində "xxxx" ASC vasitəsi ilə xaricə 20761.92 ABŞ dolları məbləğində qabaqcadan ödəniş aparılmışdır. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində 20761.92 ABŞ dolları dəyərində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ müştərinin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır. Beləliklə, iş materilları ilə müəyyən olunur ki, Şəxs MMC (VÖEN **********) 20761.92 ABŞ dolları məbləğində xarici valyuta olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 21 may 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Həmin köçürməyə əsasən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron baza məlumatlarından çıxarışdan görünür ki, kommersiya qurumu olan Şəxs MMC-nin (VÖEN **********) qanuni təmsilçisi X1r. Şəxs MMC-nin inzibati xəta üzrə təqsiri işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini qanuna uyğun hesab edir. İnzibati cərimənin məbləği inzibati xətanın bilavasitə obyekti olmuş 20761.92 (iyirmi min yeddi yüz altmış bir, doxsan iki) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həcmində, yəni 4152.38 (dörd min bir yüz əlli iki, otuz səkkiz) ABŞ dolları məbləğində olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım:
1. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 20761.92 (iyirmi min yeddi yüz altmış bir, doxsan iki) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həcmində, yəni 4152.38 (dörd min bir yüz əlli iki, otuz səkkiz) ABŞ dolları (ödəmə günü məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində cərimə edilsin.
2. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın
3. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Sədrlik edən: Zeynal Zeynalov