Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-932/2025 11.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Masallı rayonu, Xıl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 11 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2025-ci il tarixdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 11 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində Masallı rayonu, Xıl kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid4, Masallı RİHBnin Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X7, Masallı RİHB-nin Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X9, Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Şahid3, Masallı RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid1, Masallı rayonu, Xıl kənd sakinləri Zərərçəkmiş şəxs, Şəxs, X3 və X4 iştirakları ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası zamanı Şəxs məhkəmə qətnamələrinə açıqdan etiraz edərək, Zərərçəkmiş şəxs ünvanına uca səslə söyüşlü ifadələr işlədərək, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə edən xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla bağlı Masallı Rayon Polis şöbəsində toplanmış material üzrə Masallı RPŞ-nin TB-də araşdırma aparılmış, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan Şəxs barəsində tədbir görülməsi qərara alınmışdır. Bu səbəbdən barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qohumudur, onunla aralarında əvvəllər də torpaq sahəsi ilə bağlı mülki xarakterli mübahisələr olmuşdur. Onun yaxın qohumlarının Masallı rayonu, Xıl kəndi ərazisində 2.84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Onun qohumları həmin torpaq sahəsindən istifadə etmədikləri üçün mülki etibarnamə ilə istifadə etmək üçün ona veriblər. Onun həmin torpaq sahəsi ilə bağlı “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi Şəxsindən” əldə edilmiş çıxarışı olsa da, 6 ay əvvəl həmin çıxarışa imtina verilərək çıxarışın düzgün olmadığı bildirilmişdir. O, bununla bağlı məhkəmə qaydasında iddia qaldırmışdır. Lakin onun həmin ərazi ilə bağlı 1997-ci ildə alınmış dövlət aktı var. Zərərçəkmiş şəxs həmin torpaq sahəsində 0.92 ha torpağın özünə və ailə üzvlərinə aid olduğunu bildirərək məhkəmə qaydasında mübahisələndirmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində həmin mübahisəli torpaq sahəsinin Şəmsəddin və ailə üzvlərinə aid olduğu, onun həmin torpaq sahəsindən çıxarılması göstərilmişdir. O, həmin qətnamədən Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət etsə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. O, həmin məhkəmə qətnaməsinin həqiqəti əks etdirmədiyini, qətnamə ilə razılaşmadığını və həmin torpaq sahəsindən istifadə edəcəyini bildirmişdir. Məhkəmə qətnaməsinin icra edilməsindən ötrü Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru, polis əməkdaşları və Masallı RİH-nin əməkdaşları xx.xx.2025-ci il tarixdə, saat 15:00-da həmin mübahisəli torpaq sahəsinə getmişdir. Zərərçəkmiş şəxs, Şahid2, qardaşı oğlu Orxan Şahbazov da orada olmuşdur. O, icra məmuruna 2020-ci ildə məhkəmə qərarı ilə həmin torpaq sahəsini akt tərtib edərək ona verdiyini, həmin torpaq sahəsinin onun qohumlarına aid olduğunu, istifadə etmək üçün mülki etibarnamə ilə ona verdiklərini, həmin torpaq sahəsindən çıxmayacağını və istifadə edəcəyini bildirərək, Orxanla birlikdə oradan uzaqlaşmışdır. xx.xx.2025-ci il tarixdə həmin sahəyə gedən zaman Şəmsəddinin həmin ərazini traktorla şumlatdığını görmüş və bunu dayandırmasım bildirmişdir. Traktor sahibi şumlamanı dayandıraraq oradan uzaqlaşmışdır. O, həmin vaxt Şəmsəddinlə aralarında sözlə mübahisə olsa da, Şəmsəddini söyməmiş, “yalan danışanı” söymüşdür. Göstərilənləri nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun qohumudur. Onunla aralarında əvvəllər də torpaq sahəsi ilə bağlı mülki xarakterli mübahisələr olmuşdur. Onun və ailə üzvlərinin Masallı rayonu, Xıl kəndi ərazisində 0.92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Onun həmin torpaq sahəsi ilə bağlı “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi Şəxsindən” əldə edilmiş çıxarışı mövcuddur. Şəxs həmin torpaq sahəsinin özünə aid olduğunu bildirərək onu həmin torpaq sahəsindən istifadə etməyə icazə vermir, malqarasını həmin əraziyə buraxdıqdan sonra qovub çıxarır. Aralarında olan torpaq problemi məhkəmə qaydasında mübahisələndirilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində həmin mübahisəli torpaq sahəsinin ona və ailə üzvlərinə aid olduğu, Şəxs həmin torpadan çıxarılması göstərilmişdir. Bəhruz həmin qətnamədən Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət etsə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Şəxs iddiası təmin edilməmişdir. Lakin Şəxs məhkəmə qətnaməsinə məhəl qoymayaraq öz mal-qarasını həmin torpaq sahəsinə buraxır. Məhkəmə qətnaməsinin icra edilməsindən ötrü Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru, polis əməkdaşları və Masallı RİH-nin əməkdaşları xx.xx.2025-ci il tarixdə, saat 15:00 da həmin mübahisəli torpaq sahəsinə getmişlər. Şəxs həmin torpaq sahəsinə gəlib onun ünvanına nalayiq ifadələr işlədərək, onu sözlə hədələmişdir. O və icra məmuru Məhkəmə qətnaməsi ilə həmin torpaq sahəsinin ona aid olduğunu bildirsələr də, Şəxs həmin torpaq sahəsinin özünə aid olduğunu və torpaq sahəsini istifadə edəcəyini bildirmişdir. Bu vaxt orada olan Bəhruzun qardaşı oğlu Orxan Şəxs oradan uzaqlaşdırmışdır. Bəhruz gedə-gedə arxaya dönüb onun və ailə üzvlərinin ünvanına söyüşlü ifadələr işlətmişdir. Bəhruz oradan uzaqlaşdıqdan sonra icra məmuru tərəfindən akt tərtib edilmiş və onlar oradan uzaqlaşmışdır. Növbəti gün o, həmin torpaq sahəsinə gedən zaman Bəhruz ona həmin torpaq sahəsindən istifadə etməyə imkan verməmişdir. O da oradan uzaqlaşmış və Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Allaverdi oğlu şahid Zərərçəkmiş şəxs ilə eyni məzmunlu izahat verərək, həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında göstərdi ki, Masallı rayonu, Xıl kənd sakini Zərərçəkmiş şəxs Kəmaləddin oğlunun müraciəti ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs və Şəxs tanıyır, onlarla düşmənçilik və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs və Şəxs arasında əvvəllər də mülki xarakterli mübahisələr olmuşdur. Onların arasında olan torpaq məsələsi məhkəmə qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə mübahisə Zərərçəkmiş şəxs xeyrinə həll edilmişdir. Həmin qətnamənin icrası ilə bağlı Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru və Masallı RİH-nin əməkdaşları ilə birlikdə ictimai asayişi təmin etmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 15:00-da həmin mübahisəli torpaq sahəsində olmuşdur. Şəxs və Zərərçəkmiş şəxs da həmin ərazidə olmuşdur. İcra məmuru Məhkəmə qətnaməsi ilə həmin torpaq sahəsinin Zərərçəkmiş şəxs aid olduğunu bildirsə də, Şəxs həmin torpaq sahəsinin özünə aid olduğunu və həmin torpaq sahəsini istifadə edəcəyini bildirərək, Zərərçəkmiş şəxs ünvanına söyüşlü ifadələr işlətmişdir. O, Bəhruza ictimai yerdə uca səsli söyüşlü ifadələr işlətməyin inzibati xəta olduğunu bildirərək nizam-intizama dəvət etmişdir. Bu vaxt orada olan Bəhruzun qardaşı oğlu Orxan Şəxs oradan uzaqlaşdırmışdır. Bəhruz gedərkən həmin torpaq sahəsindən istifadə edəcəyini, Şəmsəddini həmin torpaq sahəsinə buraxmayacağım bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid3 ilə eyni məzmunlu izahat verərək, həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şəxs tanıyır, onlarla düşmənçilik və ədavəti yoxdur. Zərərçəkmiş şəxs və Şəxs arasında əvvəllər də mülki xarakterli mübahisələr olmuşdur. Onların arasında olan torpaq məsələsi məhkəmə qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə mübahisə Zərərçəkmiş şəxs xeyrinə həll edilmişdir. Həmin qətnamənin icrası ona həvalə edilmişdir. Qətnamənin icrası ilə bağlı Masallı RİH-nin əməkdaşları və Masallı RPŞ-nin əməkdaşları ilə birlikdə xx.xx.2025-ci il tarixdə, saat 15:00 da həmin mübahisəli torpaq sahəsində olmuşdur. Şəxs və Zərərçəkmiş şəxs da həmin ərazidə olmuşdur. O, Şəxs məhkəmə qətnamələrinin mətnini oxuyaraq həmin torpaq sahəsinin Zərərçəkmiş şəxs və ailə üzvlərinə aid olduğunu bildirən zaman Şəxs həmin torpaq sahəsinin özünə aid olduğunu və həmin torpaq sahəsini istifadə edəcəyini bildirərək, Zərərçəkmiş şəxs ünvanına söyüşlü ifadələr işlətmişdir. O və orada olan polis əməkdaşları Bəhruza ictimai yerdə uca səsli söyüşlü ifadələr işlətməyin inzibati xəta olduğunu bildirərək, nizamintizama dəvət etmişdir. Bu vaxt orada olan Bəhruzun qardaşı oğlu Orxan Şəxs oradan uzaqlaşdırmışdır. Bəhruz gedərkən Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək həmin torpaq sahəsindən istifadə edəcəyini, Şəmsəddini həmin torpaq sahəsinə buraxmayacağını bildirmişdir. Şəxs oradan getdikdən sonra tərəfindən akt tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə 11 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş CD diskə baxış keçirilən zaman Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən etdiyi müşahidə olunur. Azərbаycаn Respublikаsı İXM-in 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcələnin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu”nun qərarında qeyd edilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Göründüyü kimi ictimai qaydanın pozulması üçün aşağıdakı şərtlər mövcud olmalıdır
1. Şəxs tərəfindən cəmiyyət üzvləri arasında təşəkkül tapmış adət ənənələr, əxlaq normaları və qanunvericilikdə əks edilmiş birgəyaşayış qaydaları pozulmalı.
2. Şəxs bu kimi əməllərə yol verərkən özünü cəmiyyətin fövqündə hesab etməklə başqalarına qarşı hörmətsizlik etməli və yol verdiyi əməllərin hər hansı səbəbi olmamalı, yəni təsadüfi olaraq bu əməlləri törətməli.
3. Nəhayət qeyd edilən əməllər qərəzli olaraq törədilməlidir.
Beləliklə məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, inzibati xəta haqqında protokolu, qüvvədə olan xx.xx.2025-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərarı, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, CD diski və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də, inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114,115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 11 aprel 2025-ci il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: Ellara Abbasova