Məhkəmə qərarları › İş №3(050)-940/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-940/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-940/2023 24.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 27 oktyabr 1996-cı ildə Masallı rayonunda doğulmuş, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 31 may 2023-cü il tarixdə saat 02:15 radələrində Masallı şəhəri ərazisində idarə etdiyi “ZAZ 968 M” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən sürücü işıq cihazlarından düzgün istifadə etmədiyi və avtomobilin yan şüşələrinə qanunla qadağan edilmiş örtüklər çəkdiyi üçün saxlanılmış bu zaman sürücü sərxoşluq vəziyyətinin yoxlanılması üçün tibbi müayinəyə aparılmış, lakin o tibbi müayinədən keçməkdən imtina etmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, o, 31 may 2023-cü il tarixdə o avtomobildə olsa da avtomobili idarə etməmiş, avtomobili dostu idarə etmişdir. Polis idarəsindən dəfələrlə videogörntü tələb etsə də, polis şöbəsi tərəfindən görüntü ona təqdim edilməmişdir. Odur ki, iş üzrə protokola xitam verilməsini xahiş etdi. İşə əlavə olunmuş DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X1 tərəfindən tərtib olunmuş 31 may 2023-cü il tarixli, AP ******* nömrəli protokoldan görünür ki, Şəxs 31 may 2023-cü il tarixdə saat 02:15 radələrində Masallı şəhəri ərazisində idarə etdiyi “ZAZ 968 M” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən sürücü işıq cihazlarından düzgün istifadə etmədiyi və avtomobilin yan şüşələrinə qanunla qadağan edilmiş örtüklər çəkdiyi üçün saxlanılmış bu zaman sürücü sərxoşluq vəziyyətinin yoxlanılması üçün tibbi müayinəyə aparılmış, lakin o tibbi müayinədən keçməkdən imtina etmişdir. İşə əlavə olunmuş 31 may 2023-cü il tarixli, 001378 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs tibbi müyinədən imtina etmişdir. İşə əlavə olunmuş 31 may 2023-cü il tarixli aktdan görünür ki, “ZAZ 968 M” markalı, ** TC *** nömrəli dövlət qeydiyyat nişanlı avtomaşın 31 may 2023-cü il tarixdə avtonəqliyyat vasitələrinin saxlancına qəbul edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri onun qismən etirafı, iş üzrə 31 may 2023-cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokolla, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar