Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-941/2023 13.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəxs ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı RPŞ-nin DYPB-nin YPXİ-nin Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1 və 511.1.1-ci maddələri ilə tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:13 radələrində “Chevrolet” markalı, **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq etdiyi üçün saxlanılmış, yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, həmçinin sərxoş vəziyyətdə avtomobili idarə etdiyi aşkar edilmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 511.1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi qeyd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:13 radələrində Masallı şəhəri H.Əliyev prospektində idarə etdiyi “Chevrolet” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu zaman ona saxla işarəsi verilmiş, lakin sürücü polisin əmrinə tabe olmayaraq kobud qayda pozuntuları törətməklə yoluna davam etmişdir. Bundan sonra Şəxs idarə etdiyi avtomaşın təqibə alınmışdır. “Təzə Bazar” adlanan ərazidə sürücü avtimobili saxlayaraq avtomobildən düşüb qaçmışdır. Onların sayıqlığı nəticəsində sürücü tutularaq Masallı RPŞ-yə gətirilmiş və yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, həmçinin narkotikdən istifadə etməklə sərxoş vəziyyətdə avtomobili idarə etdiyi müəyyən edilmişdir. Belə ki, sərxoşluğun tibbi müayinəsi zamanı müəyyən edilmişdir ki, sürücü narkotik vasitə olan marixuana istifadə etmişdir. Həmçinin sürücü idarə etdiyi avtomobili surətlə idarə etmiş, manevr etmə və ötmə qaydalarını kobud şəkildə pozaraq ətrafdakı insanların həyatı üçün təhlükə yaratmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, sevdiyi qızla Kapital Bankdan pul çıxarmağa getmişlər. Pulu çıxarıb evə getdikləri zaman polis əməkdaşları ona saxlama işarəsi vermişlər. Lakin tələsdiyi üçün və sevdiyi qız qorxduğu üçün avtomobili saxlamayaraq hərəkətinə davam etdirmişdir. Daha sonra avtomobildə olan xanımı Təzə Bazar adlanan ərazinin yaxınlığında evlərin apardıqdan sonra avtomaşını saxlamışdır. Lakin qorxduğu üçün avtomobili saxladıqdan sonra avtomobildən düşərək qaçmışdır. Marixuananı isə may ayının 16-da Salyan rayonunda əsgər yoldaşının toyunda içkili olduğu zaman qəbul etmişdir. Heç bir avtoxuliqanlıq hərəkətlərinə yol verməmişdir. Sadəcə qorxduğu üçün avtomobili saxlamadan hərəkətinə davam etmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən ona cərimə cəzasının verilməsini xahiş etdi. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli 155 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, Şəxs avtonəqliyyat vsaitəsini idarə edərkən narkotik vasitə THC(+) (marixuana) sərxoşluğu vəziyyətində olmuşdur. DYPB-nin YXPİ-nin polis baş serjantı X1 tərəfindən tərtib olunmuş 12 iyun 2023-cü il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 iyun 2023-cü il tarixdə saat 18:13 radələrində Masallı şəhəri H.Əliyev prospektində idarə etdiyi “Chevrolet” markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sürücülük hüququ olmadan və sərxoş halda idarə etməsi müəyyən edilmişdir. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli 019316 nömrəli protokoldan görünür ki, Şəxs 12 iyun 2023-ci il tarixdə saat 18:45-də inzibati qaydada tutulmuşdur. Azərbаycаn Respublikаsı İXM-in 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci mаddəsinə əsаsən bu Məcəllə ilə qorunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd olаn, təqsirli sаyılаn (qəsdən və yа ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb olаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb olunur. Həmin Məcəllənin 6.2-ci mаddəsinə əsаsən inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааtın təmin edilməsi tədbirləri tətbiq edilərkən qаnunvericiliyin tələblərinə əməl olunmаsı yuxаrı orqаnlаrın və vəzifəli şəxslərin idаrə nəzаrəti ilə, məhkəmə və prokuror nəzаrəti ilə və şikаyət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 334.1-ci mаddəsinə əsаsən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci mаddəsinə əsаsən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin iş materiallarında Şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunsa da, onun ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsini, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsini, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasını təsdiq edən hallar öz əksini tapmamış və sübut olunmamışdır. Eləcə də məhkəmə baxışı iclasında dindirilmiş şəxslərin verdiyi ifadələrdə də həmin hal sübut olunmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatından da göründüyü kimi, inzibati iş Şəxs tərəfindən avtoxuliqanlıqdan deyil, Şəxs polis əməkdaşlarının saxlama işarəsinə əməl etmədən idarə etməsi, idarə etdiyi avtomobili surətlə idarə etməsi, manevr etmə qaydasını pozması, buna görə də polis bölməsinə gətirilməsindən bəhs edir. İnzibati orqanın təqdim etdiyi sənədlərdən aydın olmur ki, Şəxs avtoxuliqanlıq etməsi nədə ifadə olunur. Məhkəmə hesab edir ki, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan, manevr etmə qaydasın pozan, ötmə əməliyyatın düzgün yerinə yetirməyən və s. sürücü avtoxuliqan sayıla bilməz. Avtoxuliqanlıq xətasının tərkibinin yaranması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsində sadalanan inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmalıdır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Odur ki onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs tənbeh tədbirinin tətbiq olunması qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53,105, 114, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 12 iyun 2023-cü il tarixdən, saat 18:45-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Həşimov X2 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-941/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-941/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver