Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-944/2023 24.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə. 03 iyun 1979-cu ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu 2-ci Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 28 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus mobil telefonu yerə çırparaq maddi ziyan vurmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Masallı RPŞ-in İTB-in sahə rəisi S.Haqverdiyev tərəfindən tərtib olunmuş 10 iyun 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 28 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus mobil telefonu yerə çırparaq maddi ziyan vurmuşdur. İşə əlavə olunmuş DİN-nin Masallı RPŞ-in Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Elşad Məmmədov tərəfindən tərtib edilmiş 23 may 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, vətəndaş Masallı şəhəri, Füzuli küçəsi ev 23-də qeydiyyatda olan və yaşayan (Azərişıq işçisi) Zərərçəkmiş şəxs və Masallı rayonu Qızılağac kəndində qeydiyyatda olan və yaşayan X1 müraciəti əsasında RPŞ-də toplanmış xx.xx.2023-cü il tarixli HK-1/1177 va HK-1/1179 nömrəli material üzrə cinayət işi başlanması rədd edilməsi, vətəndaş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğu üçün, həmin şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti RPŞ-nin İTBnə verilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri 10 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, 23 may 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli həcmində cərimə tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərar verdim: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurmuş olduğu ziyanın iki misli həcmində, yəni 560 (beş yüz altmış) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-944/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-944/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver