Məhkəmə qərarları › İş №3(050)-945/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-945/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-945/2023 13.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxsnın, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx.xx.1967-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-1086/2014 saylı, 23 iyul 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs 895 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1086/2014 saylı, 23 iyul 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs 895 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmiş, borclunun əmlakının olmadığı və hər hansı bir məvacib (maaş və ya pensiya) almadığı müəyyən edilmişdir. Həmçinin borclunun yaşayış ünvanına bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Daha sonra eyni ünvana xəbərdarlıq məktubu da göndərilmişdir. Borclu icra vərəqəsinin icraata daxil olduğu zamandan bu günə kimi borcudan 400 manat ödəmiş olsa da, hazırda borclunun öhdəliyi üzrə 525 manat ödənilməmiş borcu vardır. Qeyd edilənlərə əsas barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırkı protokol onun öz təkidi ilə tərtib olunaraq məhkəməyə verilmişdir. Çünki 2014-cü ildə 600 manat pul ödəmişdir. Belə ki, 2014-cü il barəsində iki dəfə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Birinci dəfə 3 gün inzibati qaydada həbs olunmuş, ikinci dəfə isə 5 gün inzibati qaydada həbs olunmuşdur. İkinci dəfə inzibati qaydada həbs olunduqdan sonra o zaman hazırkı tələbkarın nümayəndəsi olmuş Nasir Nağıyevə 600 manat pulu tələbkara çatdırmaq şərti ilə vermişdir. Daha sonra borcunu tam olaraq ödəmişdir. Ötən ilin dekabr ayında ona yenidən icra şöbəsindən məktub gəlmiş o, bununla bağlı icra və probasiya şöbəsinin rəisi Şöhlət müəllimin qəbuluna getmiş və borcunu 2014-cü ildə 600 manat Nasir Nağıyev vasitəsi ilə ödədiyi barədə Şöhlət müəllimə məlumat vermişdir. Şöhlət müəllimdə həmin şəxsin gəlib pulu ödədiyini təsdiq etməli olduğunu ona bildirmişdir. Nasir müəllim isə icra şöbəsinə gəlməmişdir. Həmin vaxt icra məmuru Habil müəllim məzuniyyətdə olmuşdur. Şöhlət müəllim ona getməsini və məsələni araşdıracağını demişdir. O, borcunu ödəmişdir. Necə olur ki, 9 ildən sonra iş yenidən aparılır. Məhkəmədən qanunamüvafiq olaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 2014-cü ildə məhkəmənin müvafiq icra sənədinə əsasən Şəxs 925 manat alınaraq ona verilməsi qət edilmişdir. Borclu borcundan 400 manatını ödəmişdir. Hazırda borclunun 525 manat borcu vardır. O, borcludan borcunun tam şəkildə ödənilməsini tələb edir. Məhkəmədən qanunamüvafiq olaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar