Məhkəmə qərarları › İş №3(050)-948/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-948/2023

25.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-948/2023 25.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ünvan 1ində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsindən daxil olmuş 07 iyun 2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 iyun 2023cü il tarixdə saat 08:47 radələrində Masallı şəhəri, H.Əliyev prospektində, “VAZ-21099” minik markalı ** CD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə sərnişin daşıma fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş tələb olunmuş sənədləri təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş səndlərdən görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixdə saat 08:47 radələrində Masallı səhəri, H.Əliyev prospektində “VAZ-21099” minik markalı ** CD *** dövlət qeydiyyat nömrəli avtomaşının sürücüsü ünvan 1i ünvanında yaşayan Şəxs idarə etdiyi maşınla müvafiq icra hakimiyyəti orqanının xidməti vəzifəsini yerinə yetirməsinə mane olmasına, o cümlədən qanunvericiliklə müəyyən olunmu tələb olunan sənədləri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin əməkdaşına təqdim etməməsinə görə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin tələblərini pozduğu müəyyən edilmiş, avtomaşının fotoşəkli yerindəcə çəkilmiş və barəsində xx.xx.2023-cü il tarixində İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən seriya MN ******* nömrəli protokol tərtib edilmişdir. Sürücünün izahat verməkdən, protokola imza etməkdən və protokolun surətini almaqdan imtina etməsi barədə tərtib olunmuş protokolda müvafiq qeydlər aparılmışdır. Tərtib olunmuş protokolun surəti xx.xx.2023-cu il tarixdə 101-P saylı bildirişlə poçt vasitəsi ilə nəqliyyat vasitəsinin sürücüsünün ünvanına göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin və inzibati xəta haqqında ptorokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 07 iyun 2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 iyun 2023-cü il tarixdə saat 08:47 radələrində Masallı şəhəri, H.Əliyev prospektində, “VAZ-21099” minik markalı ** CD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə sərnişin daşıma fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş tələb olunmuş sənədləri təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinməli və barəsində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar