Məhkəmə qərarları › İş №3(050)-949/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-949/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-949/2024 24.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, X2, qərarından şikayət verilən Azərbaycan Respublikası Qida X3-Astara regional bölməsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X5 Azərbaycan Respublikası Qida X3-Astara regional bölməsinin xx.xx.2024-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət verərək, Azərbaycan Respublikası Qida X3-Astara regional bölməsinin rəisi Xalid Əkbərli tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Bununla bağlı qərar qəbul edilmiş və 1500 manat məbləğində cərimə qərara alınmışdır. Sözügedən qərarla razı deyil. Belə ki, mallar bazara gündəlik gətirilir. Bu səbəbdən də heç bir malın vaxtı keçmiş olmur. Bazarda lazımı qədər soyuducular vardır. Bazarda heç bir vaxt qida üçün yararsız məhsullar satılmamışdır. Eləcə də əgər protokolda sadalanan hallar mövcuddursa, idarənin əməkdaşları foto-video görüntülər çəkərək, hal şahidi dəvət etməli idilər. Lakin onlar bunu etməyərək öz xülyalarına əsasən protokol tərtib edərək qərar qəbul edib cərimə yazmışlar. Odur ki, belə hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Heç bir inzibati xəta törədilmədiyinə baxmayaraq, cərimə protokolu tərtib edib yüksək məbləğdə cərimə yazmaq ədalətsizlikdir. Təşkilatın protokolda sadalananlarla bağlı heç bir möhtəbər sübutu yoxdur. Məhkəmə iclasında X7 şikayətin məzmununa uyğun izahat verərək göstərmişdir ki, inzibati tənbehvermə qərarda istinad olunmuş vaxtı keçmiş məhsulların və normativlərə cavab verməyən məhsulların satışına görə o, məsuliyyət daşıya bilməz, ona görə ki, bu barədə onun istehlakçını yoxlamaq, hər hansı malların satışını həyat keçiririlməsinə görə istehlakçılara qadağalar qoymaq kimi səlahiyyəti yoxdur. Sahibkar olmaqla bazarın rəhbəri kimi əsas vəzifəsi bazarda icarədarlarla və satıcılarla icarə müqavilələri bağlamaqdır. Lakin malların satılmasına görə yoxlamalar keçirmək kimi nə vəzifə təlimatı, nə də səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Qida X3-Astara regional bölməsinin əməkdaşları satıclarla və icarədarlarla mütəmadi əlaqədə olmalı, onlarla maarifləndirmə işləri aparılmalı, satılacaq hər bir mala görə məsuliyyət daşımaları barədə izah etməlidirlər. Əvvəlki dövrlərdə bu kimi fəaliyyətləri xüsusən DİN-nin əməkdaşları bazara nəzarəti həyata keçirən polis əməkdaşları həyata keçirirdilər. Hazırda isə həmin səlahiyyətlər X4 səlahiyyətində olduğundan bunun üçün maarifləndirmə işlərini də onlar aparmalı, istehlakçıların və satıcıların bazarda satışa çıxardığı malların keyfiyyəti, sertifikatlaşmasını və müddəti ilə bağlı reydlər və yoxlamalar aparmalıdırlar. X4 əməkdaşları isə qeyd edilən tədbirləri görmədən əsassız yerə cavabdeh və məsuliyyət daşıyan şəxs olmadığı halda bazara cavabdeh şəxs kimi onu tanımaqla barəsinə inzibati qaydada tədbir görmüşlər. Rəsmi dükanlarla bağlı mütəmadi yoxlamalar keçirməklə həmin dükanlardan yığılan pulların 12% vergi ödəmələrinə ödəyir. Lakin adi vətəndaşlar bazarda piştaxtalarda satılan hər bir məhsula görə özləri cavabdehlik və məsuliyyət daşımalıdırlar. Ona görə ki, onlardan vergi ödəmələri yığılmır. Qeyd edilən səbəblərdən hesab edir ki, heç bir inzibati xəta törətməmiş, cavabdeh şəxs olmadığından barəsində tətbiq edilmiş inzibati cərimə də əsassızdır. Qeyd edilən səbəblərdən barəsində tətbiq edilmiş inzibati tənbehvermə haqqında qərarın ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə şikayəti qəbul etməyərək izahatında göstərmişdir ki, son zamanlar daxil olan istehlakçı şikayətlərinin araşdırılması və Agentlik tərəfindən keçirilən monitorinqlər zamanı bazarlarda və ticarət şəbəkələrində quru meyvə və çərəz məhsullarının üstü açıq şəkildə, heç bir qablaşdırma olmadan satışının həyata keçirildiyi müəyyən edilmişdir. Məhsulların bu cür satışı toz və digər hissəciklərlə fiziki çirklənməyə səbəb olmaqla yanaşı, insan tərəfindən istehlak edildiyi zaman orqanizmdə bir çox problemlərə gətirib çıxara bilər. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 3.0.9-cu yarımbəndinə əsasən qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparmaq və bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək) Agentliyin vəzifələrinə aid edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Qida X3-Astara regional bölməsinin əməkdaşları tərəfindən LRB-24/0289 nömrəli planlı yoxlamanın aparılması haqqında qərarına və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə edilən KY242091200 nömrəli çıxarışa əsasən X5 rəhbərlik etdiyi ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bazarda qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə riayət olunması ilə bağlı yoxlama həyata keçirilmişdir. Yoxlama nəticəsində müəyyən olunmuşdur ki, Bazar AQTA-dan qeydiyyatdan keçmədən fəaliyyət göstərir. Bazarda qida məhsullarının aşağı temperaturda saxlanması üçün piştaxtalarda və satış nöqtələrində soyuducular təmin olunmayıb, tez xarab olan (qatıq, süd) məhsulların satış nöqtələrində məhsullar etiketsiz satılır, mallar satış nöqtələrində qarışıq, yerdən və divarlara təmas halında yığılıb, bazarda mal qonşuluğu prinsipinə riayət olunmur, qida üçün yararsız ərzaq məhsullarının zərərsizləşdirilməsi üçün util peçi mövcud deyil. Bazarda satılan qida məhsulları onların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq sənəd yoxlamaya təqdim olunmur, yüksək riskli qida məhsulları qanunvericiliyə uyğun etiketlənərək istehlakçıya təqdim olunmur, qida məhsulları (turşular, tutmalar) mənşəyi məlum olmayan şəraitdə hazırlanır. AQTA-dan qeydiyyatdan keçməyən emalçılar tərəfindən istehsal olunur. Ət satış köşkündə satılan ətlər vahid kəsim məntəqəsində kəsilmir, baytarlıq sənədləri mövcud deyil. Bununla da, "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları'’ nın tələbləri pozulmuşdur. Qida obyektində çalışan şəxslər gigiyena qaydalarına riayət etmir. Belə ki, işçilər təmiz, münasib, xüsusi geyimdən istifadə etmirlər. Qida müəssisəsində çalışan və obliqat qrupuna daxil olan işçilər işlədikləri müddət ərzində ilkin, dövri tibbi müayinədən keçməyib, tibbi arayışla təmin olunmayıblar,əl yumaq üçün istifadə olunan çanaqlar normativ tələblərə uyğun deyil, isti su təchizatı mövcud deyil, bazarın ümumi dezinfeksiya işlərinin keçirilməsi ilə bağlı sənədləşdirmə, müqavilə, naryad aktı və s. mövcud deyil, qida məhsullarının satıldığı piştaxtalarda məhsullar yerdən yığılıb, üstü açıq formada qoz-fındıq ləpələri yığılıb. Bununla da, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavəsinin müəyyən bəndləri və “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” nın 3.14-cü bəndi pozulmuşdur . Yoxlama keçirilməsi üçün əsas olan sənədlər sahibkara təqdim edilmiş və sahibkar sənədlərlə tanış olduqdan sonra yoxlamanın keçirilməsinə icazə vermişdir. Yoxlamaya başlamazdan əvvəl sahibkara bütün hüquq və vəzifələri izah edilmişdir. Yoxlama zamanı bazardakı piştaxtalarda bir sıra ərzaq məhsullarının saxlanma temperaturuna əməl edilmədiyi və son istifadə müddətlərinin ötdüyü aşkarlanmışdır. Aşkarlanmış bütün nöqsanlar aparılan yoxlama zamanı tərtib edilmiş baxış aktında qeyd edilmişdir. Aşkarlanmış nöqsanlarla bağlı sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sahibkara işə baxılmada iştirak etmək üçün inzibati xəta haqqında işlər üzrə və yoxlama materiallarına baxış üçün bildirişlər göndərilmişdir. 02 aprel 2024-cü il tarixdə bildiriş göndərilməsinə baxmayaraq, X7 xx.xx.2024-cü il tarixdə keçirilmiş işə baxılmada iştirak etməmiş və İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən sahibkarın (vəzifəli şəxs kimi) 1500 manat məğləğində cərimə edilməsi ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bütün sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin 14 mart 2024-cü il tarixli, LRB-24/0289 saylı yoxlamanın aparılması haqqında qərarından görünür ki, X6 məxsus ünvan 3 ünvanında yerləşən Masallı Bazar ASC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək planlı yoxlamanın aparılması qərara alınmışdır. 14 mart 2024-cü il tarixli, KY242091200 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, aparılacaq planr yoxlama Dövlət reyestrində qeydiyyata alınmış, yoxlama müddəti xx.xx.2024-cü ildən-xx.xx.2024cü il müəyyən edilmişdir. Qida obyektinə baxış keçirilməsinə dair xx.xx.2024-cü il tarixli, LRB-24/0289 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası X4 14 mart 2024-cü il tarixli yoxlamanın aparılması haqqında LRB-24/0289 nömrəli qərarına və Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən , KY242091200 nömrəli çıxarışına əsasən vətndaş müraciəti əsasında X6 məxsus mağazada plandankənar (növbədənkənar) yoxlama keçirilməsi barədə akt tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli, LRB-24/0289 nömrəli yoxlama aktından görünür ki, X6 məxsus ünvan 3 ünvanında yerləşən Masallı Bazar ASC-də aparılan planlı yoxlama zamanı müəyyən edilmişdir ki, Bazar AQTA-dan qeydiyyatdan keçmədən fəaliyyət göstərir. Bazarda qida məhsullarının aşağı temperaturda saxlanması üçün piştaxtalarda və satış nöqtələrində soyuducular təmin olunmayıb, tez xarab olan (qatıq, süd) məhsulların satış nöqtələrində məhsullar etiketsiz satılır, mallar satış nöqtələrində qarışıq, yerdən və divarlara təmas halında yığılıb, bazarda mal qonşuluğu prinsipinə riayət olunmur, qida üçün yararsız ərzaq məhsullarının zərərsizləşdirilməsi üçün util peçi mövcud deyil. Bazarda satılan qida məhsulları onların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq sənəd yoxlamaya təqdim olunmur, yüksək riskli qida məhsulları qanunvericiliyə uyğun etiketlənərək istehlakçıya təqdim olunmur, qida məhsulları (turşular, tutmalar) mənşəyi məlum olmayan şəraitdə keçirilir. AQTA-dan qeydiyyatdan keçməyən emalçılar tərəfindən istehsal olunur. Ət satış köşkündə satılan ətlər vahid kəsim məntəqəsində kəsilmir, baytarlıq sənədləri mövcud deyil. Bununla da, "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları'’ nın tələbləri pozulmuşdur. Qida obyektində çalışan şəxslər gigiyena qaydalarına riayət etmir. Belə ki, işçilər təmiz, münasib, xüsusi geyimdən istifadə etmirlər. Qida müəssisəsində çalışan və obliqat qrupuna daxil olan işçilər işlədikləri müddət ərzində ilkin, dövri tibbi müayinədən keçməyib, tibbi arayışla təmin olunmayıblar,əl yumaq üçün istifadə olunan çanaqlar normativ tələblərə uyğun deyil, isti su təchizatı mövcud deyil, bazarın ümumi dezinfeksiya işlərinin keçirilməsi ilə bağlı sənədləşdirmə, müqavilə, naryad aktı və s. mövcud deyil, qida məhsullarının satıldığı piştaxtalarda məhsullar yerdən yığılıb, üstü açıq formada qoz-fındıq ləpələri yığılıb. 01 aprel 2024-cü il tarixli, seriya MN, ******* saylı inzibati xəta haqqında protokolda göstərilir ki, Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən Bazarda aparılan yoxlama zamanı bir çox piştaxtalarda mənşəyi məlum olmayan şoraba, mürəbbə məhsulları aşkar edilmiş, satıcılar fərdi qoruyucu vasitələrdən istifadə etmirlər. Bazarda qida və qeyri qida məhsulları qarışıq şəkildə satılması faktı aşkarlandığından X5 barəsində Azərbaycan Respublikası İXM-nin 220.2, 444.1 və 447.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Qida X3- Astara regional bölməsi X6 bildiriş ünvanlayaraq, Azərbaycan Respublikası Qida X3- Astara regional bölməsinin əməkdaşları tərəfindən "xxxx" ASC-yə məxsus bazarda qida təhlükəsizliyi sahəsində aparılan yoxlama materialarının baxılmasına görə təyin edilmiş xx.xx.2024-cü il tarixdə aat 09:15-də regional Bölmədə olması barədə xəbərdarlıq göndərilmişdir. 15 aprel 2024-cü il tarixli, seriya MN, ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinin tələblərini pozduğuna görə vəzifəli şəxs kimi 1500 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Masallı bazar ASC-də aparılmış yoxlamanın nəticələrinə dair Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsi barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* saylı inzibati tənbehvermə haqqında qərar məlumat üçün bazarın rəhbəri vəzifəli şəxs X6 ünvanlanmışdır. Məhkəmə şikayət verən şəxsi və qərarından şikayət verilmiş orqanın nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıda göstərilənlərə əsasən hesab edir ki şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, müəyyən edilmişdir ki, X1 faəliyyəti ilə məşğul olduğu ünvan 3 ünvanında yerləşən Masallı bazar ASC-də Azərbaycan Respublikası X4 əməkdaşları tərəfindən aparılan yoxlama zamanı qida məhsullarının aşağı temperaturda saxlanması üçün piştaxtalar və satış nöqtələrində soyuducular qoyulmamış, tez xarab olan (qatıq, süd) məhsulların satış nöqtələrində məhsullar etiketsiz satılır, mallar satış nöqtələrində qarışıq, yerdən və divarlara təmas halında yığılmış, bazarda mal qonşuluğu prinsipinə riayət olunmamış, qida üçün yararsız ərzaq məhsullarının zərərsizləşdirilməsi üçün util peçi mövcud olmamışdır. Bazarda satılan qida məhsulları onların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq sənəd yoxlamaya təqdim olunmamış, yüksək riskli qida məhsulları qanunvericiliyə uyğun etiketlənərək istehlakçıya təqdim olunmamış, qida məhsulları (turşular, tutmalar) mənşəyi məlum olmayan şəraitdə hazırlanmışdır. Bundan başqa ət satış köşkündə satılan ətlərin vahid kəsim məntəqəsində kəsilmədiyi, baytarlıq sənədləri mövcud olmamışdır. Bununla da, "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları'’ nın tələbləri pozulmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda Plandankənar (növbədən kənar) yoxlama keçirilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 447.0.3-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə-fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi X7 qeyd edilən maddədə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən həmin maddənin sanksiyasında vəzifəli şəxslər üçün nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh növünün aşağı həddində ədalətli olaraq tənbeh tətbiq edilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X5 Azərbaycan Respublikası Qida X3-Astara regional bölməsinin xx.xx.2024-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Qida X3-Astara regional bölməsinin xx.xx.2024-cü il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar