Məhkəmə qərarları › İş №3(050)-952/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-952/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-952/2023 16.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Masallı rayonu, Təzə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs vuraraq dərəcəsi təyin olunmayan xəsarət yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin sahə rəisi, X3 izahatında göstərdi ki, Masallı rayonu, Təzə Alvadı kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə ərizə yazaraq, xx.xx.2023-cü il tarixdə saat 24 radələrində İlkin, Tağı və Elnur adlı şəxs tərəfindən döyülməsini bildirmişdir. Bundan başqa, Masallı rayonu, Həsənli kənd sakinləri Zərərçəkmiş şəxs, X4 və X2 xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə eyniməzmunlu ərizə yazaraq, xx.xx.2023-cü il tarixdə saat 24 radələrində Rauf adlı şəxs tərəfindən döyülməsini bildirmişdir. Beləliklə aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 24 radələrində Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən “Dostluq” adlanan kafeni icarə əsasında işlədən Şəxs, Masallı rayonu, Həsənli kəndində yaşayan Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisə zamanı sonuncuya sağ mil-bilək nahiyəsinin və sağ əlin 3-cü barmağının sıyrığı kimi dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsindən ötrü protokol tərtib edilərək, məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, Masallı rayonu, Təzə Alvadı kənd ərazisində icarə əsasında restoran işlədir. Hər gün səhər 10 radələrində həmin kafeni açır, gecə saat 01 radələrində isə bağlayır. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində o, kafedə olarkən həmin vaxt adlarını sonradan bidiyi Masallı rayonu, Həsənli kənd sakinləri Tağı, oğlu İlkin və Elnur adlı şəxslər onun işlətdiyi kafeyə gəlmişdir. Həmin 3 nəfər şəxs pivə və çay sifariş vermişlər. O, həmin şəxslərin sifarişlərini vermişdir. Elnur və Tağı pivə içmişlər, Tağının oğlu İlkin isə çay içirmişdir. Saat təxminən 24 radələrinə qədər onlar kafedə oturmuşlar. Tağı onun işlətdiyi kafeni mobil telefonla videogörünttiyə almışdır. O, Tağıya irad bildirmişdir ki, kafeni vodeogörüntüyə almasın. Tağı isə onun iradlarına məhəl qoymamışdır. O, aralarında mübahisə olmaması üçün onlara demişdir ki, artıq kafeni bağlayır, həmçinin, onlara sifariş verdikləri pivə və çayın qiymətini vermişdir. Onların hesabı ümumilikdə 41,50 etmişdir. Tağı hesabı verməyəcini, Həsənli kəndindən olmasını və buna görə ona kiminsə heç bir şey edə bilməyəcəyini bildirmişdir. Aralarında mübahisə yaranmış, mübahisə zamanı qarşılıqlı olaraq dalaşıb bir-birilərinə xəsarət yetirmişlər. Hazırda əməlindən peşman olmuş, Zərərçəkmiş şəxsla barışmışdır. Sonda R.Zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə Zərərçəkmiş şəxs izahatında göstərdi ki, İİİ dərəcəli əlildir. Raufu əvvəllər tanımış və aralarında 1 dəfə mübahisə də baş vermişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində o, oğlu İlkin və bacısıoğlu Elnur Cəlilabad rayonu, Göytəpə qəsəbəsinə Elnur üçün paltar almağa getmişlər. Paltar aldıqdan sonra onlar Masallı rayonuna qayıdarkən saat təxminən 20 radələrində Təzə alvadı kəndi ərazisindən keçərkən o, təklif etmişdir ki, yolun kənarında yerləşən “Dostluq” adlı kafeyə gedib bir qədər pivə içsinlər. Onlar kafeyə daxil olmuşdur. O və Elnur içmək üçün 12 bakal pivə, oğlu İlkin üçün isə çay sifariş vermişlər. Kafeni işlədən Rauf adlı şəxs onların stola pivə, pendir salat və 1 çaynik çay gətirmişdir. O, Elnur və oğlu İlkin kafedə təxminən 2-3 saat oturmuşlar. O və Elnur pendir yemiş və pivədən içmişlər, həmin vaxt pendirdən çox pis iy və dad gəlirmiş. Saat təxminən 24 radələrində getmək qərarına gəlmiş və Raufdan onların hesabını istəmişlər. Rauf hesabın 41,50 manat olmasını bildirmişdir. Bunu eşidəndə o, Raufa irad bildirmişdir ki, verdiklərindən pis iy və pis dad gəlir, buna baxmayaraq, onların yeyib-içdiklərinin hesab o qədər edə bilməz. Rauf onlara hesabı çox demişdir. Bu zaman Rauf onlarla mübahisə etməyə başlamış, baş vermiş mübahisə zamanı qarşılıqlı olaraq dalaşıb bir-birilərinə xəsarət yetirmişlər. Qarşı tərəflə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Şəxs qarşı şikayət və tələbi yoxdur. Sonda Zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Bununla bağlı Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin 24 fevral 2023-cü il tarixli 161 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ mil-bilək nahiyəsinin və sağ əlin 3-cü barmağının sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarələr bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 21 fevral 2023-cü il tarixə uyğun gəlir və və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, barışmaqlarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxsnın törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, ekspertiza rəyi, barəsində inzibati icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar