Məhkəmə qərarları › İş №3(050)-953/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-953/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-953/2023 16.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Masallı rayonu Həsənli kəndində anadan olmuş, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 22 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə qohumları ilə birlikdə Zərərçəkmiş şəxs işlətdiyi kafedə 12 bakal pivə, 2 ədəd pendir və bir çaynik çay sifariş etmişlər. Etdikləri sifarişləri yeyib içdikdən sonra həmin sifarişin hesabın istəmişlər. Rauf hesabını 41 manat olduğunu ona bildirmişdir. O, isə Raufa etdikləri sifarişin 41 manat etmədiyini bildirmişdir. Bundan sonra hesabla bağlı Raufla aralarında mübahisə yaranmışdır. Mübahisə zaman Rauf ona məxsus əlil əsasını görürərək onu vurmuşdur. O, da Raufu bir sillə ilə vurmuş və Raufun dodağı qanamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs bir neçə şəxslə onun işlətmiş olduğu kafeyə gələrək pivə, pendir və çay sifariş etmişlər. O, da onların sifarişlərini vermişdir. Bir qədər sonra Şəxs əlində olan telefonla kafedə olan müştəriləri videoya çəkdiyindən müştərilərin narazılığına səbəb olmuşdur. O, da öz növbəsində Şəxs kafedə video çəkiliş etməməsini, müştəriləri narahat etdiyini və onların narazılığına səbəb olduğunu bildirmişdir. Onun bu sözündən sonra Şəxs çəkilişi dayandıraraq bir daha olmayacağını bildirmişdir. Lakin Şəxs öz hərəkətlərinə davam edərək ətrafdakıları telefonu ilə videoya çəkmişdir. Bu səbəbdən də o, bir neçə dəfə Şəxs öz iradını bildirmiş və hər dəfəsində Şəxs bir daha etməyəcəyini bildirmişdir. Sonuncu dəfə isə o, Şəxs video çəkiliş etdiyini görüb ona irad bildirmiş və telefonu onun əlindən almışdır ki, orada olan kafedə çəkilmiş videoları silsin. Bundan sonra Şəxsla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs onun üzərinə hücum çəkmiş və əlində olan əlil əsası ilə onu vurmuşdur, Şəxs oğlu isə onu təpiklə vurmuşdur. Həmçinin kafedə olan stulları və qapının şüşəsini sındırmışlar. Hazırda Şəxs ilə aralarında barışıq əldə edilmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 158 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs aşağı dodağın sağ yarısının iç hissəsinin əzilmiş səthi yarası müəyyən olundu, müəyyən olunan xəsarət bərk tük əşyanın təsirindən törədilmişdir, yumruqla və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, törəmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağmalığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materialında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şəxs barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun əməli Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xəta törətmiş şəxs Şəxs ilə Zərərçəkmiş şəxs ilə barışdıqlarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar