Məhkəmə qərarları › İş №3(050)-956/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-956/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-956/2023 19.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi, polis baş serjantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati materiala əsasən Şəxs tikiş avadanlıqları alacağını vəd verərək, etibardan sui-istifadə etməklə 2021-ci ildə Masallı rayonu, Digah kənd sakini Zərərçəkmiş şəxs 500 manat pulunu mənimsəyərək dələduzluq etmişdir. Bu əməlinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında prootkol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi, polis baş serjantı X5 məhkəmə iclasında göstərdi ki, Masallı rayonu, Digah kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət edərək, 2021-ci ildə Masallı rayonu, Ərkivan kənd sakini Şəxs ona dövlət hesabına tikiş avadanlıqları alacağını vəd edərək, ondan 500 mant pul alması və sonuncu tərəfindən dələduzluğa məruz qalması barədə bildirmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Masallı rayonu, Digah kəndində yaşayan Zərərçəkmiş şəxs 2021-ci ildə Masallı rayonu, Ərkivan kənd sakini Şəxs dövlət hesabına tikiş avadanlıqları alacağını vəd edərək, ondan 500 mant pul almış, lakin sonradan vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. Faktla bağlı araşdırma aparılmış, lakin əməldə cinayət tərkibi olmadığından xx.xx.2023-cü il tarixli qərala cinayət işi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs 2021-ci il tarixdə 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmiş, göstərilən səbəbdən Şəxs barəsində inzibati tədbir görülməsi üçün protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs tanışı Zabit Qurbanov vasitəsi ilə tanımışdır. Onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2021-ci ilin fevral ayında Mais X1 yanına gələrək, Masallı Rayon Məşğulluq İdarəsindən tikiş avadanlıqları alçağında ona köməklik etməyini xahiş etmişdir. Həmin vaxt o, onlara elektron sistemdən anlayışlı olduğunu və qeydiyyatdan keçməkdə onlara köməklik göstərə biləcəyini demişdir və bunun müqanbilində 500 manat pul istəmişdir. Həmin vaxt onlar onunla razılaşaraq getmişdilər. 2021-ci ilin mart ayında Maisin qohumu X4 rayonu, Ərkivan qəsəbəsində onun yanına gələrək ona 500 manat pulu vermişdir. Daha sonra o, Məşğulluq İdarəsinin elektron sistemində Zərərçəkmiş şəxs qeydiyyata salmışdır. Sonra Zərərçəkmiş şəxs 2022-ci ilin sentyabr-oktyabr aylarında özünəməşğulluq təlimləri üzrə kursu başa vurduqdan sonra o, Mais üçün Biznes Plan hazırlamışdır. Daha sonra 2021-ci ilin noyabr ayında keçirilən imtahana hazırlaşmasında ona köməklik etmişdir. Zərərçəkmiş şəxs imtahandan keçdikdən sonra 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq malların verilib-verilməməsi ilə maraqlanmışdır. O, da Zərərçəkmiş şəxs hər hansı bir məlumatının olmadığını bildirmişdir. Həmin dövr ərzində Mais bir neçə dəfə ona zəng vuraraq maraqlandıqda, Zərərçəkmiş şəxs səbrli olmasını tapşıraraq sakitləşdirmişdir. 2022-ci ilin aprel ayının sonlarında yenidən ona zəng edərək, artıq avadanlıqları istəmədiyini, işə qəbul olmaq istədiyini və ona verdiyi 500 manat pulunu geri istəmişdir. O, da Zabit Qurbanovla görüşüb, birlikdə Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən “Cənub” marketdən Zərərçəkmiş şəxs atası Şəmsəddin Muxtarova məxsus kart hesabına 500 manat pulu köçürmüşdür. Zərərçəkmiş şəxs 500 manat pulu alan zaman ona heç bir vəd verməmişdir. Sadəcə olaraq onun üçün gördüyü işlərin müqabilində ondan 500 manat pulu almışdır. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında göstərdi ki, Bakı şəhəri, Pirşağı qəsəbəsi, Şamaxılılar məhəlləsində yaşayır. 2020-ci ilin mart ayında o, Masallı rayonunda olarkən Ərkivan qəsəbə sakini X3 məclislərin birində ona tikiş avadanlıqları verilməsi üçün Masallı Rayon Məşğulluq İdarəsinə müraciət etməyini bildirmişdir. Daha sonra Zabit onu Məşğulluq İdarəsinin işçisi Raci adlı şəxslə tanış etmişdir. Görüş əsnasında Raci adlı şəxs bu işin müqabilində ondan 500 manat alacağını bildirmişdir. Bir neçə gün sonra o, Raciyə verməli olduğu 500 manat pulu Bakı şəhərindən Zabit Qurbanovun kart hesabına köçürmüşdür. Lakin, ona verilən vəd 5-6 ay çəkməli olduğu halda il yarımdır ki, Raci adlı şəxs ona verdiyi vədə əməl etməmişdir. Daha sonra o, bu barədə Masallı Rayon Məşğulluq idarəsi ilə əlaqə saxladıqda ona bildirilmişdir ki, hansısa şirkətlərin birində o, aylıq 500 manat əmək haqqı ilə işlədiyi üçün ona heç bir sosial yardım olunmamışdır. O, da bu barədə Zabit Qurbanova zəng edərək bildirmişdir. Daha sonra Raci ondan aldığı 500 manat pulu geri qaytarmışdır. O, da Racinin ona dəymiş ziyanlarını ödəmələri və tikiş avadanlıqlarının ona qaytarılması məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahat, inzibati xəta haqqında protokol, cinaytət işi başlanmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. İş materiallarından olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 09 iyun 2023-cü il tarixli qərarda göstərilmişdir ki, Şəxs tikiş avadanlıqları alacağını vəd verərək, etibardan sui-istifadə etməklə 2021-ci ildə Masallı rayonu, Digah kənd sakini Zərərçəkmiş şəxs 500 manat pulunu mənimsəyərək dələduzluq etmişdir. Toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, lakin əməldə İXM-nın 227-ci maddəsinin tərkibi olduğuna görə Şəxs məsuliyyətə cəlb olunması üçün qərarın surəti Masallı RPŞ-yə göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs inzibati xətanı 2021-ci ildə törətmiş, faktla bağlı araşdrıma aparılmış və nəticədə xx.xx.2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, inzibati xəta haqqında protokol 19 iyun 2023-cü ildə tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1.-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1 və 53.1.6-cı maddələrinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi Şəxs tətbiq olunmalı olan inzibati tənbeh tədbiri üçün müddət keçmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən başlanılmış inzibati icraata xitam verilməlidir. Belə ki, həmin maddədə göstərilmişdir ki, İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar