Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-958/2023 20.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Masallı rayonu Miyankü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, Masallı rayonu Miyankü kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 2(050)-53/2016 nömrəli 18 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 21 iyul 2015-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 29 noyabr 2008-ci il təvəllüdlü X6 və 03 fevral 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. Hazırda borclunun qeyd olunan icra vərəqəsi üzrə 18600 (on səkkiz min altı yüz) manat məbləğində ödənilməmiş aliment borcu vardır. Şəxs heç bir üzrlü səbəb göstərmədən icra sənədini icra etməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Masallı Rayon Məhkəməsinin qərarına əsasən onun tələbkara 18600 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Əvvəllər işlədiyi üçün aliment üzrə borcunu ödəmiş olsa da, sonradan iş olmadığına görə borcunu ödəyə biləmişdir. Belində fəqərə yırtığı vardır. Hazırda mövcud borcundan 1200 manat ödəmişdir. Qalan borcun ödənilməsi ilə bağlı isə tələbkarla razılığa gəlmişlər. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-53/2016 nömrəli 18 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 21 iyul 2015-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 29 noyabr 2008-ci il təvəllüdlü X6 və 03 fevral 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. Hazırda borclunun qeyd olunan icra vərəqəsi üzrə 18600 (on səkkiz min altı yüz) manat məbləğində ödənilməmiş aliment borcu vardır. İnzibati xəta haqqında protokol tərtib edildikdən sonra borclu tələbkar ilə alimentin ödənilməsi ilə bağlı razılıq əldə etmişdir. İşə əlavə edilmiş teleqramın surətindən görünür ki, tələbkar X4 20 iyun 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq borclu Şəxs ona 18600 manat aliment borcu vardır. Hal-hazırda ona 1200 manat aliment pulunu ödəyir, onlar öz aralarında razılığa gəlmişlər. odur ki, Şəxs barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. İş materialına əlavə edilmiş qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 416973******3974 nömrəli bank kartına 1201 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasn inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə hazırkı iş üzrə borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105 və 115-ci maddələrini rəhbər tutaraq, qəra verdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-958/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-958/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver