Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-959/2024 06.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Masallı rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Masallı rayonu Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin inzibati binasında uca səslə nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bundan əlavə X4 eyni tarixdə Masallı RPŞ-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, kənd ərazisində baş vermiş cinayət hadisəsi ilə bağlı Masallı RPŞ-nin əməliyyatçıları tərəfindən polis şöbəsinə gətirmişlər və baş vermiş cinayət əməlini üzərinə götürməsini bildirmişlər. Lakin etiraz etdiyi üçün polis əməkdaşları onu döymüşlər və əlinə qandal vuraraq bir sutka əli qandallı saxlamışlar. Bundan sonra barəsində protokol tərtib olunaraq məhkəməyə verilmiş və məhkəmə qərarı ilə 8 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Həbs olunma müddəti 4 gün öncə bitmişdir. Lakin buna baxmayaraq 4 gündür ki, Masallı RPŞ-nin növbətçi hissəsində qanunsuz olaraq saxlanılır. Bu gün isə müstəntiq onu çağıraraq izahat verməsini bildirmişdir. O, isə müstəntiqə oxuyub yaza bilmədiyini valideyninin dəvət olunmasını, valideyni oxuduqdan sonra izahata imza edəcəyini bildirmişdir. Müstəntiqdə ona getməsini bildirmiş, oda getmişdir. Heç kimlə mübahisə etməmiş, söyüş söyməmişdir. Biri iki yaşında, biri isə bir yaşında olmaqla iki uşağı vardır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, Şəxs 2020-ci ildə Masallı rayonu Qızılağac kəndində baş vermiş cinayət əməli ilə əlaqədar şahid qismində dindirilməsi ilə bağlı Masallı RPŞ-yə dəvət olunmuşdur. Dindirilmə zamanı Şəxs bir neçə sual verdikdən sonra o, özünü qeyri səmimi aparmağa başlamış, otaqda olan masanın üzərindəki əşyaları əli ilə vuraraq dağıtmış, daha sonra otaqdan çıxaraq ünvansız söyüşlər söyməyə başlamışdır. O, isə onu çağıraraq nizam intizama dəvət etməyə çalışmış, lakin o onun tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etmişdir. Eyni zamanda İstintaq Bölməsinin digər əməkdaşlarıda onu nizam-intizama dəvət etmişlər lakin heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X7 şahid X1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, bu gün pul tələbi ilə bağlı Masallı RPŞ-də səhə rəisinin qəbulunda olduğu zaman dəhlizdən səsküy gəldiyini eşitmişdir. Həmin vaxt hazırda adının Zaur olduğunu bildiyi şəxsin polis əməkdaşları ilə mübahisə edərək nəlayiq ifadələr işlətidiyinin şahidi olmuşdur. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Sənan Şahmarlı tərəfindən 06 may 2024-cü il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətmiş olduğu əməlləri etiraf etməsə də, onun təqsiri şahidlərin izahatı, inzibati xəta haqqında protokollar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 06 may 2024-cü il saat 16:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-959/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-959/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver