Məhkəmə qərarları › İş №3(050)-959/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-959/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-959/2025 20.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - xx.xx.1986-cı il tarixdə Masallı rayonu Gəyəçöl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Masallı rayonu Gəyəçöl kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Prokurorluğu tərəfindən fiziki şəxs Şəxs barəsində 11 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və inzibati material baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Masallı Rayon Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmiş, Masallı Rayon Prokurorluğu isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşə əlavə olunmuş 11 aprel 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, xx.xx.1986-cı il tarixdə Masallı rayonu Gəyəçöl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Masallı rayonu Gəyəçöl kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 398-ci maddəsinə əsasən Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. 109.1.6. inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İXM-nin 398-ci maddəsindən görünür ki, qeyd edilən xətanı törətmiş şəxsin hansı həddə məsuliyyətə cəlb edilməsi məsələsi birbaşa inzibati xəta nəticəsində vurulmuş ziyanın məbləğindən aslıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, işlə bağlı aparılmış araşdırma zamanı vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi yönümündə hər hansı bir araşdırma aparılmamışdır. Hansı ki, yuxarıda qeyd edildiyi kimi İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta törətmiş şəxsin hansı həddə məsuliyyətə cəlb edilməsi məsələsi birbaşa inzibati xəta nəticəsində vurulmuş ziyanın məbləğindən aslıdır. Lakin, 11 aprel 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda və ona əlavə olunmuş sənədlərdə (yəni iş materiallarında olan sənədlərdə) vurulmuş ziyanın məbləği və onun necə müəyyən edilməsi (ekspert, mütəxəssis rəyləri və s.) görünmür. Məhkəmə qeyd edilənləri natamamlıq kimi qiymətləndirir və hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Masallı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə olunmuş sənədlər Masallı Rayon Prokurorluğuna geri qaytarılsın. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar