Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-962/2024 07.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Masallı Rayon Polis Şöbəsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Masallı rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxx 1975-ci ildə Masallı rayonu, Babaser kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, Masallı rayonu, Babaser kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 06 may 2024-cü il tarixdə, saat 16 radələrində Masallı Rayon Polis Şöbəsinin qarşısında ünvansız nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmiş, həmin vaxt onu intizama dəvət edən Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 06 may 2024-cü il tarixdə, saat 16 radələrində Masallı Rayon Polis Şöbəsinin inzibati binasının qarşısından olan zaman əsəbi olduğu üçün uca səslə ölkə rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələbinə əməl etməyərək öz hərəkətlərini davam etdirmişdir. Daha sonra onu Masallı RPŞ-nə dəvət edib barəsində sözü gedən protokollar tərtib olunmuşdur. Hazırda səhvini başa düşür və gələcəkdə bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X2 çıxışında Şəxs törətdiyi əməldən səmimi peşiman olmasını, himayəsində azşyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis leytenantı X4 ifadəsində göstərdi ki, 06 may 2024-cü il tarixdə, saat 16 radələrində Masallı RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis baş leytenantı X5 ilə birlikdə Masallı RPŞ-nin inzibati binasının qarşısında olduqları zaman bir nəfər şəxsin uca səslə ölkə rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətdiyini görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək etdiyi əməlin inzibati xəta olduğunu bildirib onu intizama dəvət etmişlər. Lakin, Şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də M.Mikayılov barəsində tədbir görülməsi üçün raportla RPŞ-nin rəhbərliyinə müraciət etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis baş leytenantı X5 şahid X4 ilə eyni məzmunlu izahat verdi. İşə əlavə olunmuş 06 may 2024-cü il tarixli, AZA 022241 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 may 2024-cü il tarixdə, saat 17:45-də tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və digər prosses iştirakçılarını dinləyib, inzibati xəta haqqında 06 may 2024-cü il tarixli, MN ******* saylı və MN ******* saylı protokolları və onlara əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi vardır və o, həmin maddələrlə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə, cərimə növündə tənbeh tətbiq etməyi kifayət hesab etməyərək, barəsində təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 06 may 2024-cü il tarixdən, saat 17:45-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-962/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-962/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver