Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-963/2024 07.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Masallı Rayon Polis Şöbəsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Masallı rayonu, Kubin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, orta təhsilli, Masallı rayonu, Kubin kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 04 aprel 2024-cü il tarixdə, saat 06 radələrində yaşadığı Masallı rayonu, Kubin kəndində bacısı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunu döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Dilşadın yaşadığı evin yaxınlığında 1 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsini təxminən 10 il otlaq sahəsi kimi istifadə etmiş, sonra Dilşad həmin torpağın ona məxsus olmasını iddia etmişdir. Təxminən 2 ildir ki, həmin torpaq sahəsini Dilşad istifadə edir. xx.xx.2024-cü il tarixdə, saat 06 radələrində şəxsi təsərrüfatında olan qoyunlarını otlaq sahəsi kimi istifadə etdiyi mübahisəli torpaq sahəsinin yanındakı kənd arası yol ilə apararkən Dilşad qarşına çıxıb ona bildirmişdir ki, qoyunları burdan aparma. Bu zaman aralarında sözlə mübahisə olmuş, mübahisə zamanı Dilşad, qızı Əfsanəni və gəlini Tənziləni oraya çağırıb qoyunları geri qaytarmışlar. O, bundan əsəbləşərək həmin mübahisəli ərazini əhatə edən dəmir tordan ibarət çəpərin dirəklərini sökmüş və çıxıb evinə getmişdir. O, Dilşadı döyməmiş və hər hansı xəsarət yetirməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməməsi barədə vermiş olduğu izahatını inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu əməldən yaxa qurtarmağa yönəlmiş izahat kimi qəbul edir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş X4 izahatında göstərdi ki, Şəxs onun qardaşıdır. Namik ata yurdunda ailəsi ilə birlikdə yaşayır. Namik Eldəniz adlı xəstə qardaşı ilə son bir ildə müxtəlif səbəblərdən mübahisə edərək Eldənizi ata həyətinə qoymur. Eldənizin bəzən onun evində qalmasına görə Namiq onunla da mübahisə edir. Namik ondan Eldənizi evinə qoymamasını istəmiş, buna görə Namiklə aralarında dəfələrlə mübahisələri olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 06 radələrində yatağında olan zaman qoyunların mələşmə səsinə yuxudan ayılmışdır. O, yatağından qalxıb səs gələn tərəfə getmiş, bu zaman Namikin evinin yaxınlığında olan torpaq sahəsinin çəpərini sökməsini və qoyunlarını həmin əraziyə daxil etmək istəməsini görmüşdür. Həmin vaxt Namikə qoyunlarını həmin əraziyə daxil etməsinə mane olmaq istəyərkən Namik əlində olan çubuqla əllərinə vurmuş və çəpəri söküb dəmir torları və dirəkləri orada olan işləməyən su quyusuna tökmüşdür. Bundan sonra xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində evində olarkən Namikə məxsus qoyunların həyətində olmasını görüb həyətindən çıxarıb küçəyə tərəf sürərkən Namikin arvadı Yasəmən Vəliyevə üzərinə gəlib onu yerə yıxıb dişləyərək əlində olan ağac parçası ilə bədəninin müxtəlif yerlərinə vurmuşdur. Hal-hazırda da Namiklə barışmadığı üçün məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, inzibati xəta haqqında 07 may 2024-cü il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə onunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi 05 aprel 2024-cü il tarixli, 274 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol said nahiyyəsinin sıyrığı, sol said nahiyyəsinin və sol əlin lll barmağın qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 04 aprel 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurma xəsarətləri olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Masallı TB-nin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş 24 aprel 2024-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs ilə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açılmasından ötrü material üzrə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin Boradigah PB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən haldır. Onun əməlində iş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Məhkəmə, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halın olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-963/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-963/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver