Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-964/2024 07.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Lənkəran rayonu Yuədo kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, Masallı rayonu, Kubin kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 07 aprel 2023-cü il tarixdə X4 dişləyərək və bədəninə ağacla vuraraq ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Dilşad Qənbərova onun baldızıdır. Dilşad hər gün gəlib onu söyərək təhqir edir. Ona və övladlarına qarğış edir. Uşağını mal-qaranı örüşdən gətirməsi üçün göndərdiyi zaman uşağını döyür, söyüb təhqir edir. Atasının mülkiyyətində yaşadığı üçün onunla mübahisələr edir. Həyat yoldaşı bankdan kredit götürərək təsərrüfat qurmuşdur. Lakin Dilşad və onunla əlbir olan şəxslər ərinə təsərrüfat qurmağına maneələr yaradırlar. xx.xx.2024-cü il tarixdə Dilşadın onlara məxsus qoyunlarını gətirməsini görüb bunu telefonuna çəkmiş və daha sonra telefonu oğlu Hüseyinə vermişdir. O, qoyunlarını apararkən Dilşad telefonu Hüseyindən almışdır. O, Dilşaddan telefonu istəsə də, Dilşad telefonu verməmişdir. Lakin əsəbləşib Dilşadın əlindən telefonu almış və Dilşadı itələyərək özündən uzaqlaşdırmışdır. Lakin həmin vaxt Dilşadı dişləməmişdir. Çünki uzun müddətdir ki, dişləri tökülmüş, ağzında diş qalmamışdır. O, Dilşada hər hansı bir xəsarət yetirməmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, Şəxs onun qardaşı arvadıdır. xx.xx.2024-cü il tarixdə qoyunları küçədə sürən zaman Yasəmən ona yaxınlaşaraq onunla mübahisə etmiş və onu yerə yıxıb dişləyərək əlində olan ağac parçası ilə bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Yasəmənlə barışmamışdır, şikayətçidir. Məhkəmədən qanunauyğun ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 280 saylı rəydə qeyd edilmişdir ki, X1 bazu nahiyəsinin sıyrıqları və sol bud nahiyəsinin qançırları müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 07 aprel 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Fuad Məmmədov tərəfindən 07 may 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-964/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-964/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver