Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-965/2024 08.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, zərərçəkmiş şəxs X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Masallı rayonu, Çaxırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, subay, orta təhsilli, Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-555/2023 saylı icra sənədinə əsasən 23 yanvar 2023-cü il tarixdən başalayaraq Şəxs 05 avqust 2016-cı il təvəllüdlü X9 və 20 fevral 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-555/2023 saylı icra sənədinə əsasən Şəxs borc öhdəliyini yerinə yetirmədiyi üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(050)- 2136/2023 saylı qərarına əsasən barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə 08 gün inzibati həbs tənbeh tədbiri almışdır. Borclu Şəxs icra sənədi üzrə 3310 manat məbləğində borcu olduğundan, icra çağırışlarından yayındığından barəsində təkrar inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Lakin hazırda tələbkarla borclu alimentin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-555/2023 saylı icra sənədindən məlumatlıdır. Maddi imkanı olmadığı üçün icra sənədi üzrə yaranmış aliment borcunu ödəyə bilməmişdir. Lakin hazırda tələbkarla alimentin ödənilməsi ilə bağlı razılığa gəlmiş, sonuncunun ondan şikayəti yoxdur. Sonda Şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhəkəmə iclasında X6 izahatında göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-555/2023 saylı icra sənədi üzrə aliment borcunun hissə-hissə ödənilməsi ilə bağlı Şəxs ilə razılığa gəlmişdilər. Sonda K.G.Əliyeva inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. 07 may 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Rəsulov X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 555/2023 saylı icra sənədinin icrası ilə əlaqədar öhdəliyi üzrə yaranmış borcunu ödəmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. X7 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizədə göstərilir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-555/2023 saylı icra sənədi üzrə Şəxs ilə aralarında olan razılığa əsasən hər ay 500 manat məbləğində ödənilməsi barədə razılığa gəlmişdilər. Odur ki, borclu Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-in 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasn inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Beləliklə, hazırkı iş üzrə borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmədə öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-965/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-965/2024
08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver