Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-967/2024 22.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Zərərçəkmiş şəxs iştirakı ilə. xx xxx 1977-ci ildə Masallı rayonu, Gəyəçöl kəndində doğulmuş, Masallı rayonu Gəyəçöl kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 12 aprel 2024-cü il tarixdə qaynatası Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək pəncərələrini sındıraraq 250 manat məbləğində maddi ziyan vurmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də, ona dəymiş ziyanın ödənilməsini xahiş edir. İşə əlavə olunmuş Masallı RPŞ-in İTB-in sahə rəisi polis kapitanı Orxan Balakişiyev tərəfindən tərtib olunmuş 12 aprel 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 12 aprel 2024-cü il tarixdə qaynatası Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək pəncərələrini sındıraraq 250 manat məbləğində maddi ziyan vurmuşdur. İşə əlavə olunmuş DİN-nin Masallı RPŞ-in TB-nin təhqiqatçısı, polis baş leytenantı Vasif Ağazadə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Törədilmiş əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nın 232-1-ci maddəsinin tərkibi vardır və onun həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilməsi, Qərarın surəti maraqlı tərəflərə göndərilməklə qəbul edilmiş qərardan narazı olduğu halda prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququnun olması ona izah edilməsi, Qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual nəzarəti həyata keçirən Masallı rayon Prokuroruna göndərilməsi, Material saxlanılması üçün Masallı RPŞ-nin dəftərxanasına verilməsi qərara alınmışdır. Həmçinin, qərarın təsviri hissəsində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs Masallı rayonu Gəyəçöl kəndində yaşayır, Şəxs Hüseyxan oğlu onun kürəkənidir, lakin son günlərdə Şəxs arvadı Esmira İsrafilova yaşadığı evi tərk edərək atası Zərərçəkmiş şəxs evinə getmişdir. Buna görə də Zərərçəkmiş şəxs və Şəxs arasında münaqişə yaranmışdır. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs fərdi yaşayış evinə gələrək evin 05 ədəd pəncərəsinin şüşələrini və 01 ədəd əl-üz yuyan turpanı qəsdən sındırmış və Zərərçəkmiş şəxs 250 manat maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs ümumilikdə 250 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri 12 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli həcmində cərimə tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərar verdim: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurmuş olduğu ziyanın bir misli həcmində, yəni 250 (iki yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-967/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-967/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver