Məhkəmə qərarları › İş №3(050)-968/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-968/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-968/2023 05.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə2 və barəsində icraat aparılan şəxs X1 nümayəndəsi Nümayəndə1 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Dövlət X8 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında 09 iyun 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, 09 iyun 2023-cü il tarixdə saat 16:57 radələrində Masallı rayonu Bakı-Ələt-Astara şössesində yerləşdirilən bilbord reklam qurğularında yayımlanan «X14» obyektinin sahibi X4 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətinin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi yerinə yetirməmişdir. Bu hərəkəti ilə X4 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, X4 ilə agentlik arasında müvafiq reklam yayımı barədə müqavilə bağlanılmış və reklam üçün rəsmi icazə verilmişdir. Hazırda obyektin reklamı qanuna uyğun şəkildə yayımlanır, belə olan halda iş üzrə icraata xitam verilməsi məhkəmənin səlahiyyətinə aiddir, ona görə də iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini məhkəmənin öhdəsinə buraxdığını bildirdi. Barəsində inzibati icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, obyektin sahibi X4 ilə reklam agentliyi arasında 25 may 2023-cü il tarixdə və 25 iyun 2023-cü il tarixdə 12 mart 2024-cü il tarixədək reklam yayımı barədə müvafiq müaqvilə bağlanmış və açıq məkanda reklam yerləşdirilməsinə rəsmi icazə verilmişdir. Odur ki, qeyd olunanların nəzərə alınmasını və inzibati xəta haqqında materiala xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işdə olan 000231 nömrəli “yazılı göstərişin”dən görünür ki, X2 reklam yayımının dayandırılması üçün qanunvericiliyin tələbinə əsasən 5 gün vaxt verilmişdir. İnzibati xəta haqqında işdə olan 26 may 2023-cü il tarixli, 000231 nömrəli aktdan görünür ki, «X14» obyektinin sahibi tərəfindən açıq məkanda reklam yayımlandığı üçün X10 İdarəsinin müfəttişləri və «X14» obyektinin sahibi X1 iştirakları ilə akt tərtib edilmişdir. İnzibati xəta haqqında işdə olan 09 iyun 2023-cü il tarixli, 01 nömrəli baxış aktından görünür ki, X10 İdarəsinin Estetik nəzarət şöbəsinin əməkdaşları X9, X3 və fərdi sahibkar X1 iştirakları ilə 26 may 2023-cü il tarixli, 000231 nömrəli akt və icrası məcburi göstərişin icrasının vaxtı 01 iyun 2023-cü il tarixdə çatmasına baxmayaraq obyektə təkrar baxış keçirilərkən qanunsuz reklam yayımlanmasının davam etdirilməsi aşkar olunmuşdur. İnzibati xəta haqqında işdə olan 09 iyun 2023-cü il tarixli "İmtina aktı"ndan görünür ki, Masallı rayonu Bakı-Ələt-Astara şössesində «X14» obyektinin açıq məkanda qanunsuz reklam yayımının aşkar edilməsi haqqında tərtib edilmiş "Baxış aktı" sahibkar X4 tərəfindən imza edilməmiş, həmçinin o, aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. İnzibati xəta haqqında işdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair portal çıxarışından görünür ki, X4 fiziki şəxs kimi (VÖEN: **********) qeydiyyatdadır. İnzibati xəta haqqında işdə olan 25 iyun 2023-cü il tarixli, İ**********0001 qeydiyyat nömrəli “Açıq məkanlarda reklam yerləşdirilməsinə” dair icazədən görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən «X14» obyektinin sahibi X2 Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Masallı rayonu, M3 new küçəsində yerləşdirilən bilbordun açıq məkanlarda reklam yerləşdirilməsinə icazə verilmişdir. İnzibati xəta haqqında işdə olan 25 iyun 2023-cü il tarixli, İ**********0009 qeydiyyat nömrəli “Açıq məkanlarda reklam yerləşdirilməsinə” dair icazədən görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən «X14» obyektinin sahibi X2 Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Masallı rayonu, M3 new küçəsində yerləşdirilən bilbordun açıq məkanlarda reklam yerləşdirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi aradan qalxdığından və artıq inzibati xəta haqqında protokola əsasən inzibati tənbeh tətbiq edilməsi əhəmiyyətini itirdiyindən inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar