Məhkəmə qərarları › İş №3(050)-968/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-968/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-968/2024 07.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Masallı rayonu, Sərçuvar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Sərçuvar kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş 26 aprel 2024-cü il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Səmədov X1 rayonu, Sərçuvar kəndi ərazisində Ələt-Astara avtomobil yolunun kənarında yerləşən yol mühafizəsi üçün nəzərədə tutulmuş dəmir tordan ibarət olan çəpəri kəsərək 07 saylı MYİ MMC-yə 30 manat maddi ziyan vurmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özünə məxsus xırdabuynuzlu heyvanları vardır. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində həmin xırdabuynuzlu heyvanları yaxınlıqda olan sahəyə aparmaq üçün Ələt- Astara avtomobil yolunun Sərçuvar kəndi ərazisindən keçən hisəsinin kənarına gətirmiş, həmin vaxt avtomobil yolu kənar hissələrində olan yolun mühafizəsi üçün nəzərdə tutulmuş dəmir tordan olan çəpəri qaldıraraq, xırdabuynuzlu heyvanları həmin yerdən sahəyə keçirtmiş, sonra həmin gün saat 18 radələrində dəmir tor çəpərdən keçirdib geri yaşadığı evinin həyətə qayıtmışdır. Hər gün olduğu kimi, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində xırdabuynuzlu heyvanları Ələt-Astara avtomobil yolunun kənarına gətirmiş və avtomobil yolun kənar hissələrində olan yolun mühafizəsi üçün nəzərdə tutulmuş dəmir tordan olan çəpərdən keçirən zaman iki nəfər polis əməkdaşları yanına yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim edəndən sonra onu Masallı Rayon Polis şöbəsinə dəvət etmişlər, polis əməkdaşlarına etiraz etməmiş, birlikdə şöbəyə getmişdir. Şöbədə Ələt-Astaıa avtomobil yolunun Sərçuvar kəndi ərazisindən keçən avtomobil yolunun mühafizəsi üçün nəzərdə tutulmuş dəmir tordan olan çəpəri xırdabuynuzlu heyvanlarını sahəyə aparmaq üçün qaldırdığını etiraf etmişdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Səlahiyyətli orqanın və zərərçəkmiş şəxsin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişdilər, bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın və zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. 26 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Səmədov X1 rayonu, Sərçuvar kəndi ərazisində Ələt-Astara avtomobil yolunun kənarında yerləşən yol mühafizəsi üçün nəzərədə tutulmuş dəmir tordan ibarət olan çəpəri kəsərək 07 saylı MYİ MMC-yə 30 manat maddi ziyan vurmuşdur. 24 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən inzibati məsuluiyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞin İTB-yə verilməsi qərara alınmışdır. 24 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda istinad olunmuş "xxxx" MMC-dən verilmiş xx.xx.2024-cü tarixli arayışdan görünür ki, təqdim olunan Masallı rayonu, Sərçuvar kəndi ərazisindən keçən hissəsindən yolun sağ kənarında yerləşən mühafizə hasarının hündürlüyü 3 metrdir. Hasar qarışıq metaldan hazırlanmış məftildən toxunmuşdur. Uzun müddətli istifadə üçün nəzərdə tutulmuşdur. Hasarın aşağı hissəsində 1 ədəd məftil 1 m hündürlükdə 10 sm enində 2 yerdən kəsilmişdir. Bərpası mümkündür. Təqdim olunan Masallı rayonu, Sərçuvar kəndi ərazisindən keçən hissəsindən yolun sol kənarında yerləşən mühafizə hasarının hündürlüyü 3 metrdir. Hasar qarışıq metaldan hazırlanmış məftildən toxunmuşdur. Uzun müddətli istifadə üçün nəzərdə tutulmuşdur. Hasarın aşağı hissəsində 1 ədəd məftil 80 sm hündürlükdə 5 sm enində 1 yerdən kəsilmişdir. Bərpası mümkündür. Beləliklə Ələt-Astara magistral yolunun Masallı rayonu, Sərçuvar kəndləri ərazisindən keçən hissəsindən yolun sağ hissəsindən ümumilikdə 3 yerdən dəmir setkadan olan mühafizə hasarının məftillərinin kəsilməsi nəticəsində 30 manat maddi ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli inzibati xəta haqqında protokol, 24 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal himayəsində 2 azyaşlı uşağının olmasıdır; ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Şəxs barəsində dəymiş ziyanın 01 (bir) misli miqdarında 30 (otuz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuni hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib barəsində dəymiş ziyanın 01 (bir) misli miqdarında 30 (otuz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar