Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-969/2024 10.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 2000-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Masallı şəhər 1 saylı tam orta məktəbin həyətində Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bundan başqa, Şəxs xx.xx.2024-cü il tarixdə Masallı şəhər 1 saylı tam orta məktəbinin həyətində uca səslə Zərərçəkmiş şəxs ilə mübahisə edərək, xırda xuliqanlıq hərəkətinə yol vermişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 izahatında göstərdi ki, Masallı şəhəri, M.Hüseynov küçəsi, ev 9 da yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 19 radələrində Masallı rayonu, M.Füzuli küçəsində yerləşən 1 saylı orta məktəbin həyətində olduğu vaxt Masallı rayon sakini Təvəkkül adlı şəxs tərəfindən döyüldüyünü göstərmişdir. Eyni zamanda Masallı rayon sakini X4 1 saylı məktəbdə bıçaqlanma hadisəsi olduğunu bildirməsi və məktəbdə təhsil alan uşaqların qorxduğu barədə xx.xx.2024-cü il tarixdə saat 14:48-də DİN-nin 102 xidməti zəng mərkəzinə verdiyi məlumat icraata daxil olmuşdur. Beləliklə aparılan araşdırılma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Masallı şəhəri, M.Hüseynov küçəsi, ev 9 da yaşayan Zərərçəkmiş şəxs yaşadığı Masallı rayonu, M.Füzuli küçəsində yerləşən 1 saylı orta məktəbin həyətində olduğu vaxtda X5 ilə aralarında şəxsi münasibətlər zəmnində mübahisə yaranmışdır. Aralarında yaranmış mübahisə zamanı X1 Əfqan Əbil oğluna sağ dirsək nahiyəsinin sıyrığı və başın alın və ənsə nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərərvurmayan dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Təhqiqat araşdırması zamanı Zərərçəkmiş şəxs X5 tərəfindən döyülməsi faktı öz təstiqini tapmışdır. Belə olduğu halda X2 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İXM-in 510 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin iTB-yə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 157-ci maddədləri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Masallı şəhəri, M.Füzuli küşəsində yerləşən 1 saylı orta məktəbin həyətində orda gözətçi işləyən Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Həmin vaxt 1 dəfə kəllə, daha sonra 3 dəfə yumuruq zərbəsi ilə Zərərçəkmiş şəxs yerə yıxmışdır. Həmin vaxt o, əsəbləşdiyi üçün Zərərçəkmiş şəxs döymüşdür. Hazırda əməlindən peşman olmuş, Zərərçəkmiş şəxslə ilə barışmışdır. Sonda A.Şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Masallı rayonu 1 saylı məktəbdə gözətçi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Təvəkküll Məhərrəmov onun işlədiyi 1 saylı məktəbə gələrək, onunla mübahisə edərək, baş nahiyyəsi ilə onun sifət nahiyəsinə 2 dəfə qəsdən vuraraq onu döymüşdür. Hazırda Təvəkgül ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Təvəkküll Məhərrəmov qarşı şikayət və tələbi yoxdur. Sonda Zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXMin 157 və 510-cu maddələrinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Masallı RPŞ İTB-yə göndərilməsi qərara alınmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarda istinad edilmiş MTE və PAB-nin Masallı rayon şöbəsinin 311 №-li canlı şəxsin məhəkəmətibbi müayinəsi barədə ekspert rəyində göstərilir ki, Zərərçəkmiş şəxs oğunda sağ dirsək nahiyəsinin sıyrığı və başın alın və ənsə nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, X5 ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur, ərizəsinin nəzərə alınmasını xahiş edir. Şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxsnın törətmiş olduğu xətaların hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xətalar İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, ekspertiza rəyi, işdə iştirak edən şəxslərin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini yüngülləşdirən hallar kimi nəzərər alır; inzibati tənbehi ağırlaşdıran halı yoxdur. Məhkəmə Şəxs İXM-in 510-cu maddəsi ilə törətmiş olduğu inzibati xətaya münasibətdə qeyd edir ki, qeyd edilən maddə zərərçəkmiş şəxslə barışmaqla bağlı inzibati məsuliyyətdən azad etmə inzibati xətalar koteqoriyasına aid olmadığından Şəxs cəza təyin olunmalıdır. Odur ki, Şəxs maddənin sanksiyasında qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-969/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-969/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver