Məhkəmə qərarları › İş №3(050)-97/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-97/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-97/2023 30.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 (09 mart 1993-cü ildə Masallı rayonu Binə Xocavar kəndində doğulmuş, Masallı rayonu Binə Xocavar kəndində qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 10 yanvar 2023-cü il tarixdə saat 15:00 radələrində Masallı rayonu, Binə Xocavar kəndində müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan mülki ov tüfəngi ilə hərəkətdə olmaq qaydasını pozmuşdur. X3 bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Rac Səfərov tərəfindən 10 yanvar 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında bildirdi ki, qeyd edilən ov silahı babasından ona yadigar qalmışdır.Nə babası, nə də o silaha dair heç bir sənəd almamışdır.Qeyd edilən tarixdə ilk dəfə olaraq silahla şıxmışdır ki, bu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır.Etdiyi əməldən peşmandır. İşdə olan Masallı RPŞ-nın PPXB-nin polis nəfəri, polis baş serjantı Məhəddin Alışov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Masallı rayonu, Binə Xocavar kənd sakini X3 1 ədəd, 16 kalibrli, Tula markalı, nömrəsi, qoşa lüləli ov tüfəngini qanunsuz olaraq gəzdirdiyi aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 təqsiri özünün səmimi etirafı, inzibai xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Odur ki, məhkəmə X1 götürülmüş 1 ədəd, 16 kalibrli, Tula markalı, nömrəsi, qoşa lüləli ov tüfənginin dövlət nəfinə müsadirə edilməsini və onun cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək ondan götürülmüş 1 ədəd, 16 kalibrli, Tula markalı, nömrəsi, qoşa lüləli ov tüfəngi müsadirə edilsin və o, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın icrası müvafiq olaraq Masallı Rayon Polis Şöbəsinə və Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar